Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
22.10.2010 [11:48]
Yeni Azərbaycan Partiyasının (YAP) parlament seçkilərində irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. Namizədlər və onların vəkilləri yerlərdə seçicilərlə görüşlər keçirirlər. YAP-ın 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən millət vəkilliyinə namizədi Elman Məmmədov dünən Sabunçu rayonu Ramana 450 qəsəbəsində məskunlaşmış Şuşa rayonundan olan qaçqın və məcburi köçkünlərlə görüşüb.
Görüşdə çıxış edən YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev Yeni Azərbaycan Partiyasının Azərbaycanın inkişafındakı xidmətlərindən danışıb. O, eyni zamanda, qarşıdan gələn parlament seçkilərinin əhəmiyyətinə də toxunub: “Bildiyiniz kimi, ölkəmiz növbəti parlament seçkiləri ərəfəsindədir. 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən yenidən partiyamız tərəfindən etimad göstərilərək namizədliyi irəli sürülmüş Elman Məmmədov sizlərlə görüşə gəlib. Mən əminəm ki, sizlər onu çox yaxşı tanıyırsınız. çünki Elman Məmmədov hər zaman öz elinin, obasının içində olub, insanların problemlərinin həllinə çalışıb. Mən əminəm ki, Şuşa seçiciləri bu dəfə də Elman Məmmədova etimad göstərəcək, ona səs verəcək”.
çıxış edən YAP-ın 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən namizədi Elman Məmmədov bildirib ki, ötən illər ərzində Azərbaycanda sürətli inkişaf dinamikası müşahidə olunub və bunun nəticəsində də yeni nailiyyətlər əldə edilib: “Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mənim millət vəkili kimi ən böyük işim yurd-yuvasından didərgin düşmüş həmyerlilərimin yanında olmağımdır. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı mühüm dövlət proqramları həyata keçirilir, işlər görülür. Mən də dövlətimizin həyata keçirdiyi siyasətin yerlərdə icra olunması istiqamətində üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışıram. İnanıram ki, şuşalı seçicilər bu seçkilərdə də öz layiqli namizədlərini seçəcəklər”.
Yeni Azərbaycan Partiyasının hər zaman dövlətçiliyimizin keşiyində dayandığını deyən Elman Məmmədov qarşıdan gələn parlament seçkilərində də partiyanın namizədlərinin uğuruna inandığını deyib: “Yeni Azərbaycan partiyası xalqın partiyasıdır. 520 mindən artıq üzvü olan bu təşkilatın sıralarında Azərbaycanın nüfuzlu ziyalıları, vətəndaşları təmsil olunur. Bu beş ildə çalışmışam ki, əlimdən gələni edim. Hətta, dairəmizin seçicisi olmayan qaçqın və məcburi köçkünləri də mənə müraciət edəndə onların problemlərinin həllinə çalışıram. İnanıram ki, şuşalı seçicilər bir nəfər kimi qarşıdan gələn seçki prosesində aktiv iştirak edəcəklər və öz namizədlərini dəstəkləyəcəklər”.
YAP-ın seçki proqramında qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş müddəaların olduğunu qeyd edən natiq bu təkliflərin gerçəkləşməsi, aparılan işlərin davam etdirilməsi üçün bütün seçiciləri YAP-ın namizədlərini dəstəkləməyə çağırıb: “Son beş ildə Milli Məclisdə öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş insanların sosial rifahının yüksəldilməsi ilə bağlı bir sıra müzakirələr aparılıb, qanun layihələri işlənib. Hörmətli seçicilərimiz YAP-ın namizədlərini dəstəkləyəcəyi təqdirdə bu işlər davam etdiriləcək”.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48

