/ / Prezident İlham Əliyevin apardığı siyasətin xalq tərəfindən dəstəklənməsi YAP-ın seçkilərdə qələbəsi üçün başlıca təminatdır
Prezident İlham Əliyevin apardığı siyasətin xalq tərəfindən dəstəklənməsi YAP-ın seçkilərdə qələbəsi üçün başlıca təminatdır
26.10.2010 [00:48]
Yeni Azərbaycan Partiyasının (YAP) 2010-cu il parlament seçkilərində irəli sürdüyü namizədlərin seçicilərlə görüşləri davam edir. Partiyanın 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədi Əsabil Qasımov İmişli rayonunda növbəti görüşlərini keçirib. Rayonun Hacırüstəmli, Murğuzallı, Xubyarlı kəndlərində baş tutan görüşləri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri, partiyanın parlament seçkilərində səlahiyyətli nümayəndəsi Səfa Ağayev ilk olaraq, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin uğurlarından danışıb. Onun sözlərinə görə, əsasını Ulu öndərimiz Heydər Əliyevin qoyduğu və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi-siyasi kurs bütünlüklə ölkəmizdə olduğu kimi, İmişli rayonunda da yüksək inkişaf səviyyəsinin əldə edilməsinə imkan verib. Qeyd olunub ki, İmişli rayonu hər zaman siyasi aktivliyi ilə seçilib və dövlətçiliyimizin inkişafında xüsusi yerə malik olub. Ona görə də, rayon seçicilərinin birmənalı olaraq YAP-ın namizədlərini dəstəklədiyini xüsusi vurğulayan natiq bunun həmin şəxslərin yüksək bacarıqlı və öz vəzifələrinə məsuliyyətlə yanaşan insanlar olmasından irəli gəldiyini deyib: “Bu gün görüşünə gəldiyimiz Əsabil Qasımov da belə insanlardandır. Yəqin ki, Əsabil müəllim haqqında elə də geniş məlumat verməyə ehtiyac yoxdur. çünki sizlər onu bacarıqlı, yüksək intellektli, səmimi, mehriban, əsl vətənpərvər insan kimi çox yaxşı tanıyırsınız. Əsabil müəllim, bir həmyerlimiz kimi, həmişə rayonumuza bağlı olub, İmişli sakinlərinin problemlərinin həllində fəallıq göstərib, təşəbbüslərlə çıxış edib. Bu gün Əsabil müəllimin rəhbərlik etdiyi “Karat Holdinq” MMC Azərbaycanın ən böyük müəssisələrindən biri olmaqla, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır. Onun fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilir. Heç də təsadüfi deyil ki, ölkəmizin hakim partiyası olan Yeni Azərbaycan Partiyası bu seçkilərdə Əsabil müəllimə böyük etimad göstərərək, məhz onun 79 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürüb. Mən əminəm ki, bütün İmişli seçiciləri də respublikamızın ən böyük və ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının bu qərarını dəstəkləyəcək və seçkilərdə məhz Əsabil Qasımova səs verəcəklər”.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 79 saylı İmişli seçki dairəsindən namizədi Əsabil Qasımov ilk olaraq, respublikamızın dinamik inkişafından bəhs edib. Onun sözlərinə görə, son illərdə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələrini əhatə edən çoxsaylı dövlət proqramları və konsepsiyalarının uğurla həyata keçirilməsi xalqın iqtidara olan inamını daha da möhkəmləndirib. Xalqımızın istək və arzularına söykənən siyasətin davam etdirilməsi ölkəmizin tərəqqisi yolunda geniş üfüqlər açıb: “Bütün qazanılan bu nailiyyətlər Azərbaycan Prezidentinə və Onun apardığı siyasətə xalqın inamı və dəstəyi sayəsində mümkün olub. ölkəmizdə xalqın sosial vəziyyətinin yaxşılaşması və rifah halının yüksəlməsi üçün mühüm sosial tədbirlər gücləndirilməkdədir. Dövlətin gəlirləri, ilk növbədə, aşağı sosial kateqoriyadan olan insanların maddi rifahının yüksəlməsinə və sosial infrastrukturların yaxşılaşdırılmasına yönəlib. Göründüyü kimi, ölkəmizdə insanların hazırki iqtidara olan dərin inamını və rəğbətini şərtləndirən kifayət qədər mühüm əsaslar var. Buna görə də, vətəndaşlar bu iqtidara, hakim Yeni Azərbaycan Partiyasına böyük etimad göstərməkdədir. Azərbaycan seçicisi YAP hakimiyyətdə olan dövrdən indiyədək keçirilən bütün seçkilərdə partiyanın namizədlərini dəstəkləyib, onlara etimad göstərib”.
Daha sonra parlament seçkilərində xalqın YAP-a böyük dəstək verəcəyinə əminliyini ifadə edən Əsabil Qasımovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, insanların rifahının, yaşayış səviyyəsinin yüksəlməsi, onların məşğulluq problemlərinin həlli, iş yerləri ilə təmin olunmaları, firavan həyat şəraitinin təmin edilməsi, digər çoxsaylı faktorlar YAP-a olan inamı gücləndirir: “Hesab edirəm ki, partiyamızın namizədləri də məhz bu amillərin seçki resursunun əsas bazası olduğunu yaxşı anlayırlar. Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarının xalq tərəfindən dəstəklənməsi YAP-ın parlament seçkilərində qələbəsi üçün başlıca təminatdır. Partiyamızın parlament seçkiləri ilə bağlı əsas şüarı olan “güclü dövlət, yüksək rifah” tezisi də bu başlıca prinsiplərə söykənir”.
Deputat seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışan YAP-ın 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədi Əsabil Qasımov qeyd edib ki, millət vəkilinin əsas vəzifəsi ölkəmizdə yüksək səviyyəli, işlək, mütərəqqi qanunların qəbul olunmasında fəal iştirak etməkdir: “Hər bir millət vəkili maksimum çalışmalıdır ki, yeni formalaşan qanunvericilik bazası vətəndaşlarımızın hüquqlarının qorunmasına, onların daha yaxşı yaşamasına xidmət etsin. Mənə etimad göstərsəniz, ilk olaraq, məhz bu sahədə fəal olacağıma söz verirəm. Bundan başqa, hər bir seçicimin problemini öz problemim kimi qəbul edərək onun həlli üçün səylərimi əsirgəməyəcəyəm”.
Tədbirdə çıxış edən kənd sakinləri də Əsabil Qasımovun İmişli rayonunun daha da inkişaf etdirilməsi üçün gördüyü işlər haqqında danışıblar, onu millət vəkili kimi görmək istədiklərini və 7 noyabr seçkilərində yalnız YAP-ın namizədinə səs verəcəklərini söyləyiblər.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

