Əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaranır
10.11.2022 [10:14]
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Bu günlərdə Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak edən dövlət başçısı İlham Əliyev işğal dövrü ilə yanaşı, tarixi Zəfərimizdən sonrakı mərhələnin də reallıqlarına diqqəti yönəltdi. Bu günümüzün əsas çağırışı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanmasıdır ki, bu da öz növbəsində yeni əməkdaşlıq formatlarının yaradılmasına, kommunikasiyaların açılmasına geniş imkanlar yaradacaq.
Azərbaycan beynəlxalq hüququ bərpa etdi. Regionda və dünyada yeni reallıqlar yarandı. Bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması üçün bu reallıqların region, eyni zamanda, dünya dövlətləri tərəfindən qəbulu əsasdır. Son iki ildə Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər və onların uğurlu nəticələri göz qabağındadır. Azərbaycan Ermənistanla münasibətlərində yeni səhifə açmağa və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Belə ki, ölkəmizin işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı, sülh müqaviləsinin imzalanması istiqamətində atdığı addımlar beynəlxalq səviyyədə dəstəklənir. Avropa İttifaqının, Rusiyanan təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşü keçirilir. Hər bir görüş sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addımdır.
Azərbaycan daim yerləşdiyi coğrafi məkana görə dövlətlər və xalqlar arasında körpü rolunu oynayır. Müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanır. Azərbaycan sabitlik diyarı, sabitləşdirici faktor kimi mövqeyini möhkəmləndirir. Azərbaycanın multikultural dəyərlərin inkişafına töhfələrinin davamlılığı dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsindən də aydın şəkildə nəzərə çarpır. 2015-ci ildə ölkəmiz ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Cənab İlham Əliyevin vurğuladığı kimi, bütün bu addımlar əməkdaşlığa xidmət edir, körpülər salır, müxtəlif ölkələrin və dinlərin təmsilçiləri, fərqli fikirli insanlar arasında daha böyük anlaşmanı təmin edir. Sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir.
Uğurlarımızın təhlili bu məqamı xüsusi qeyd etməyə əsas verir ki, dövlətimizin siyasəti əməkdaşlığa, dostluğa və tərəfdaşlığa yönəlib. Gələcək nəsillərə əmin-amanlıq, yüksək rifah bəxş etmək üçün təhlükəsizliyin təminatı, sülhün, əmin-amanlığın qorunması əsas şərtdir. Bu isə öz növbəsində beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını və vahid tətbiqi mexanizmini daim əsas tələb kimi gündəmdə saxlayır.
Dövlət başçısı İlham Əliyev sözügedən Sammitdə də əməkdaşlıq əlaqələrinin genişlənməsindən geniş bəhs etdi. “Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, bu yay mənə Baş katib cənab Əbul Qeyti Bakıda qəbul etmək şərəfi nəsib olub. Biz gələcək əməkdaşlığımızla bağlı geniş söhbət apardıq. Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür və əməkdaşlığımızı genişləndirmək istəyirik.
Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak etdiyini bildirən cənab İlham Əliyev əlavə olaraq vurğuladı ki, eyni zamanda, Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərimiz var. Yaxın gələcəkdə də əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq.
Azərbaycan Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa xüsusi önəm verir. Ölkəmiz üzv dövlətlərlə aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndirir. Azərbaycanın ərəb dövlətləri ilə əməkdaşlığının əsrlərə söykənən zəngin tarixi kökləri var. Siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələri inkişaf edən Ərəb Dövlətləri Liqası ölkələri ilə Azərbaycanın münasibətləri həm ikitərəfli, həm də beynəlxalq səviyyədə də qarşılıqlı hörmət əsasında davam etdirilir. İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi bunun bariz nümunəsidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Prezident İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasına səfəri ölkəmizlə Ərəb Dövlətləri Liqası, həmçinin quruma üzv dövlətlər arasındakı münasibətlərin yeni istiqamətlər üzrə inkişafına böyük töhfələr verəcək.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

