12 noyabr müstəqil Azərbaycanın həyatında önəmli tarixdir
10.11.2022 [10:19]
Müstəqil Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul olunmuş ilk Milli Konstitusiyası ölkəmizin həyatında mühüm tarixi hadisə kimi yadda qalmışdır. Artıq 27 ildir ki, xalqımız bu günü əsas dövlət bayramlarından biri kimi təntənə ilə qeyd edir.
Ümummilli liderimiz, partiyamızın banisi Heydər Əliyevin yaradıcısı olduğu əsas Qanunumuz-Ana Kitabımız qabaqcıl dünya təcrübəsinə, qanun yaradıcılığı prinsiplərinə, çoxəsrlik dövlətçilik ənənələrimizə əsaslanır. Milli Konstitusiyamız milli və ümumbəşəri dəyərləri özündə əks etdirdiyindən bu gün hər bir Azərbaycan vətəndaşında qürur və iftixar doğurur.
1995-ci ildə Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyavi dövlət qurmaq kimi ülvi niyyətlərlə ümumxalq səsverməsi-referendum yolu ilə ilk Milli Konstitusiyasını qəbul etmişdir. Azərbaycan xalqını Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi, Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edǝn Konstitusiya insan və vətandaş hüquqlarının, azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə Azərbaycan xalqının və dövlətinin tarixində ilk milli Konstitusiyasının qəbul edilməsi üçün lazımi ictimai-siyasi şəraitinin yaradılması ilə nəticələndi.
Hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçən Azərbaycanda ilk milli Konstitusiyasının yaradılması ümummilli liderimizin tarixi xidmətlərindən biridir. Ulu öndərimiz ömrü boyu qanunun aliliyinə hörmətlə yanaşırdı. “Qanun şahdır, şah qanun deyil” məşhur ifadəsi onun həyat amalına çevrildiyindən Azərbaycan xalqı qanunun şahlığını məhz Heydər Əliyevin hakimiyyəti dövründə görmüşdür. Müdrik insan əbəs yerə demirdi ki, xalq dövlət üçün deyil, dövlət xalq üçün çalışmalıdır.
Unutmamalıyıq ki, Azərbaycan dövlətinin müstəqilliyi və suveren ölkə olaraq mövcudluğu xalqımızın ən qiymətli və əvəzedilməz nailiyyətidir. Müstəqilliyimizin qorunub möhkəmləndirilməsi, dövlətimizin daha xoşbəxt gələcəyi işində isə Konstitusiyamızın rolu inkaredilməzdir. Müstəqil Azərbaycan dövlətinin inkişaf etdirilməsi və gücləndirilməsində, Konstitusiyamızın qəbulunda müstəsna xidmətləri olmuş dahi şəxsiyyət, müdrik siyasətçi Heydər Əliyevin sərf etdiyi böyük zəhmət bu gün də öz real töhfələrini verməkdədir. Bu gün möhtərəm Prezidentimizin məqsədyönlü işləri sayəsində ölkəmizdə yaranmış əlverişli ictimai-siyasi, hüquqi və iqtisadi mühit doğma Azərbaycanımızın nurlu gələcəyinə olan inamımızı bir daha artırır.
Dövlətçiliyimizin və iqtisadiyyatımızın gücləndiyi, demokratik və müasir dəyərlərin inkişaf etdiyi bugünkü dövrdə Konstitusiya günü sözün həqiqi mənasında ümumxalq bayramına çevrilmişdir.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

