Azərbaycan söz və güc sahibidir
16.11.2022 [10:50]
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci il tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən böyük qürur hissi ilə bildirdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Bu çağırış hər bir vətəndaşın qəlbində əbədilik qaldı. Qısa müddətdə Şuşaya yeni həyat bəxş ediləcəyini bildirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşa yenilənir, abadlaşır, əvvəlki görkəmindən də gözəl siması ilə qonaqlarını heyran edir. İki ildə digər işğaldan azad edilmiş torpaqlarımızda olduğu kimi, Şuşada da genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu işlərin güc mərkəzi, başlıca amili ölkə daxilindəki həmrəylik, milli birlik, xalqımızın vahid amal uğrunda birləşməsidir.
Zəfər Günü münasibətilə Şuşada təşkil edilən tədbirdə hərbçilər qarşısında çıxış edən dövlət başçısı İlham Əliyev “Müharibədən keçən iki il ərzində biz öz siyasətimizi davam etdirmişik” söyləyərək bildirdi ki, iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur və quracağıq. Eyni zamanda, Ordumuzu gücləndiririk və gücləndirəcəyik. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir: “Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik. Əgər biz kimdənsə qorxsaydıq, heç vaxt İkinci Qarabağ müharibəsinə start verməzdik. Biz hər birimiz ölümə gedirdik, öldü var, döndü yoxdur, ya azadlıq, ya ölüm! İndi də ölümə getməyə hazırıq öz haqlarımızı tələb edərək. Çünki hələ də, - müharibə iki il bundan əvvəl başa çatsa da, - narahatedici məqamlar var və erməni xalqına müraciət edib sözümü demək istəyirəm.”
Dövlət başçısı onu da qeyd etdi ki, ermənilər otuz ilin işğalının acılarını indi görürlər. Biz, sadəcə olaraq, onlara cavab vermişik. Biz öz torpağımızda vuruşmuş, işğalçını torpaqlarımızdan qovmuşuq. Onlar bunu anlamalıdırlar ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Azərbaycan burada əsas söz, güc sahibidir. Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərdi: “Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz.”
Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanması təklifini edib. Əksər dünya gücləri Azərbaycanın bu addımını təqdir edir, bu hədəfin reallığa çevrilməsi üçün dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Ermənistan hələ də tərəddüdlər içərisində olduğunu açıq-aydın şəkildə büruzə verir. Azərbaycanın təklif etdiyi sülh təklifində beynəlxalq hüququn 5 əsas prinsipi öz əksini tapıb. Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü əsasında keçirilən Brüssel görüşlərində 5 prinsip Ermənistan tərəfindən dəstəkləndi. Tərəflər biri-birinin ərazi bütövlüyünü dəstəklədiyini təsdiqlədi. Növbəti görüşlərdə iki ölkənin xarici işlər nazirlərinin sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlamasının vacibliyi vurğulandı və artıq bu görüş keçirilib.
Göründüyü kimi, Azərbaycan münasibətlərdə yeni səhifənin açılmasında maraqlıdır. Günümüzün əsas çağırışı isə budur ki, Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır.
Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasını atdığı addımları ilə təsdiqləyir. “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır” bəyan edən dövlət başçısı İlham Əliyev Ermənistana bir daha bu çağırışı etdi: “Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər.”
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

