/ / Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək və insanların firavan həyatı təmin olunacaq
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək və insanların firavan həyatı təmin olunacaq
24.12.2022 [19:55]
Zəngin və çoxəsrlik tarixə malik olan Azərbaycan xalqı bu gün müstəqil dövlət kimi tarixinin ən şərəfli dövrünü yaşayır. Xalqımız çox mürəkkəb və keşməkeşli dövrlər keçsə də, Azərbaycanın ikinci dəfə əldə etdiyi müstəqilliyini qoruyub saxlaya bilmişdir. XX əsrin sonlarında ölkəmiz sosial-iqtisadi, siyasi böhran keçirmiş, vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmiş, torpaqlarımız işğala məruz qalmış, yüz minlərlə soydaşımız öz dədə-baba yurdundan didərgin düşmüşdür. Məhz bu ağır dönəmdə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını şərəflə yerinə yetirərək müstəqil dövlətçiliyimizin yenidən itirilməsinin qarşısını aldı, milli inkişaf strategiyasını müəyyənləşdirdi və onu bütün istiqamətlər üzrə ardıcıllıqla reallaşdırmağa başladı. Ölkədə ictimai-siyasi sabitlik və təhlükəsizlik təmin edildi, köklü islahatlar aparıldı, dövlət idarəçiliyinin möhkəm təməli yaradıldı.
Bütün həyatı boyu olduğu kimi ömrünün qalan hissəsini də xalqına xidmətə həsr edən Ulu Öndər 1993-cü ilin iyununda Azərbaycanda siyasi hakimiyyətə qayıdaraq müstəqil dövlət quruculuğuna başladı və qısa müddətdə ölkədəki vəziyyəti nəzarətə götürərək, dövlət müstəqilliyinin qorunması, işlək idarəçilik mexanizmi yaradılması və düzgün xarici siyasət yeritmək missiyasını üzərinə götürdü.
Ulu Öndər ölkəmizdə hüquqi, dünyəvi, demokratik dövlət qurdu, bu çətin və şərəfli işi davam etdirməsi üçün məhz cənab İlham Əliyevə etimad göstərdi. 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına tarixi müraciətində tam haqlı olaraq cənab İlham Əliyevə böyük etimadını ifadə edərək: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək" deməsi bu gün tam reallığa çevrilmişdir. Əlbət ki, Azərbaycan xalqı isə tərəddüd etmədən, sarsılmaz inam bəslədiyi Ümummilli Liderin üzaqgörənliyinə əmin olaraq onun müraciətinə dəstək verdi, göstərdiyi yolun ən düzgün yol olduğunu birmənalı qəbul etdi və bu gün Müzəffər Sərkərdə, Prezident İlham Əliyev tərəfindən “Ata vəsiyyəti” layiqincə yerinə yetirilir.
2003-cü ilin oktyabrında cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başlaması ölkəmizin iqtisadi inkişafda yeni mərhələyə keçidlə əlamətdar oldu. Həmin ilin noyabrında imzalanmış "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Prezident fərmanı ilə yeni iqtisadi strategiyanın əsas istiqamətləri müəyyənləşdirildi. Növbəti ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilən Dövlət Proqramları ölkəmizin şəhər və rayonlarının simasını əsaslı şəkildə dəyişdi.
Ölkə iqtisadiyyatının inkişafına mühüm təsir edənBakı-Tbilisi-Qars dəmir yolunun tikilib istifadəyə verilməsi Prezident İlham Əliyevin özünəməxsus qətiyyətinin və təşəbbüsçüsü olduğu irimiqyaslı layihələrin gələcəyinə dərin inamının təcəssümüdür. Dünyanın 100 böyük layihəsindən biri olan və iki qitəni ən qısa yolla birləşdirən beynəlxalq nəqliyyat infrastrukturu olan Tarixi İpək yolundan Azərbaycan, Türkiyə və Gürcüstanla yanaşı, Çin, Qazaxıstan, Orta Asiya və Avropa ölkələri də böyük fayda götürürlər. İqtisadi müstəqilliyin nailiyyətləri bütün sahələrə sirayət edir. Davamlı sosial islahatlar həyata keçirilir, mədəniyyətin, incəsənətin tərəqqisi təmin olunur, elmin, təhsilin, yeni texnologiyaların, İKT-nin və kosmik sənayenin inkişafına böyük diqqət yetirilir. İndi artıq ölkəmiz kosmik dövlətlər sırasında yer alır.
Mədəniyyətimizin və milli-mənəvi sərvətlərimizin daha da zənginləşməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev ölkəmizin iqtisadi imkanlarının bu sahənin inkişafına dəstəyini daim artırır. Azərbaycan mədəniyyəti dünyada yüksək səviyyədə təbliğ olunur. Çoxəsrlik tarixi-mədəni incilərimiz dünya mədəni irsində öz layiqli yerini tutur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə fəaliyyəti xüsusilə mühüm əhəmiyyət kəsb edir. Çoxşaxəli uğurlu fəaliyyəti ilə xalqımızın böyük rəğbət və sevgisini qazanmış Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması onun ölkəmizin inkişafına dəyərli töhfələr vermək imkanlarını artırıb. Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil, səhiyyə müəssisələrinin tikintisi və yenidən qurulması, eləcə də tarixi-mədəni abidələrin bərpası və qorunub saxlanılması sahəsində irimiqyaslı layihələr həyata keçirilir.
Bütün varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olan Ulu Öndər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda fədakar mübarizəsinin nəticəsini görə bilməsə də axıra çatdıra bilmədiyi bu taleyüklü məsələni onun siyasi varisi Prezident İlham Əliyev həll etdi, Ulu Öndərə və əziz xalqına mənəvi borcunu yerinə yetirdi, "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" nidasını reallığa çevirdi və son iki yüzillik tariximizdə ilk dəfə torpaqlarımızı işğaldan qurtaran Möhtəşəm Zəfərin müəllifi, qalib sərkərdə kimi əbədi şöhrət qazandı. 44 günlük müharibənin nəticəsi olaraq Bakının Azadlıq meydanında keçirilənVətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya göstərdi.
Bu gün ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açılıb. İşğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan müasir şəhərsalma üsulları, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarını tətbiq edərək yeni şəhərlər və kəndlər inşa edir, nəhəng bərpa-quruculuq işlərini aparır. Regionda kommunikasiyaların bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafını təmin edəcək. Milli həmrəyliyin gücləndirilməsi, sosial-iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi və digər mühüm amillər deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daim inkişaf edəcək və insanların firavan həyatı təmin olunacaq.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

