Baş verən cinayətə görə İran dövləti də məsuliyyət daşıyır
28.01.2023 [12:36]
Xeyli müddətdir ki, İranda həm rəsmi şəxslər, həm də hakimiyyətin ayrı-ayrı qolları tərəfindən Azərbaycan əleyhinə təbliğat aparılır. Rəsmi Tehranın bu mövqeyi nəticəsində qarşılıqlı münasibətlərimizdə soyuqluq yaranıb. Bütün bunların ardınca Tehrandakı səfirliyimizə ölümlə nəticələnən hücum iki ölkə arasında münasibətlərin daha da gərginləşməsinə yönəlmiş addımdır. Azərbaycanın regionumuzda,eləcə də dünyada güclənən mövqeyi İranı da narahat edir. Buna görə də, rəsmi Tehran dövlətimizin bölgədəki sülh və əməkdaşlıq təşəbbüslərinə əngəl olmağa çalışır. Bütün bunların fonunda Tehrandakı səfirliyimizə hücum edilməsi ciddi suallar doğurur. Çünki bu adi hücum yox, terror hadisəsidir. Hadisəyə İranın dövlət səviyyəsində mövqeyi isə təəssüf və hiddət doğurur. Çünki məsuliyyətdən yayınmaq məqsədi güdən molla rejimi baş verən hücumun səbəbi kimi ailə-məişət münaqişəsini göstərməyə, dünya ictimaiyyətini aldatmağa çalışır. Azərbaycan-Türkiyə ittifaqını və Azərbaycanın İsraillə münasibətlərini pozmaq istəyən İranın molla rejimi istəyinə çatmayanda terrora əl atmaqla özünün mahiyyətini bir daha ortaya qoymuş oldu. Ermənilərlə qardaşlığın da mahiyyəti budur. Eyni yolu hər iki “qardaş” birlikdə gedir. Ermənilərin terror əməlləri zatən dünyaya bəllidir. İranın da bu yoldan istifadəsi onların eyni mahiyyət daşıdığını göstərir. Bu hadisədə İranda Azərbaycan əleyhinə davamlı olaraq aparılan təbliğatın da rolu böyükdür. Səfirliyimizə silahlı hücumla bağlı məsuliyyəti bilavasitə İran tərəfi özü daşıyır. Çünki İran mediası, televiziya kanalları, radiosu, qəzetləri davamlı olaraq Azərbaycan əleyhinə düşmənçiliyi təbliğ edirlər. Bu təbliğatın nəticəsi də ancaq terror ola bilərdi ki, bu da oldu. İndi İran rəsmilərinin nala-mıxa vurması, hadisənin mahiyyətini müxtəlif versiyalarda yozması heç nəyi dəyişmir.
Baş verən hadisə ilk növbədə "Diplomatik əlaqələr haqqında" 1961-ci il tarixli Vyana Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Belə ki, Vyana Konvensiyasının 22-ci maddəsinə əsasən, nümayəndəlik binaları toxunulmazdır, nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq, nümayəndəliyin normal fəaliyyətinin təmini üçün lazımi tədbirlər görmək ev sahibi olan dövlətin vəzifəsidir. İndi bu vəzifəsini yerinə yetirmək əvəzinə mənasız və məntiqsiz bəyanat verməklə İran bir dövlət olaraq ən azı məsuliyyətdən kənarda qalmaq istəyir. Lakin bu mümkün olmayacaqdır. İran bu terrorun məsuliyyətindən yayına bilməz. Ona görə də ilk növbədə terrorçunun Azərbaycanda mühakimə olunmasını təmin etməlidir.
Azərbaycana qarşı mövqeyini dəyişməyən İran bir şeyi anlamalıdır ki, bu millət onun əfsanə təbliğatına uymayacaq və öz dövlətinin siyasətini sona qədər dəstəkləyəcəkdir.
Hücum nəticəsində şəhid olan mühafizə postunun rəisi Orxan Əsgərovun ailə üzvləri və əzizlərinə dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirik.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

