Laçınlılar çox qısa zamanda öz doğma diyarına geri dönəcəklər
30.03.2023 [16:16]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin mart ayının 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bir çox mühüm məsələlərə toxunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Laçına təyin etdiyi Xüsusi Nümayəndə Məsim Məmmədova təyin olunduğu bu çətin və böyük məsuliyyət tələb edən vəzifədə uğurlar arzulamışdır. Ölkə Başçısı Laçın rayonunun respublikanın ən böyük rayonlarından biri olduğunu vurğulamışdır. O, qeyd etmişdir ki, Laçın rayonu füsunkar təbiətə malikdir. Buranın hər bir guşəsi cənnəti xatırladır. Mən işğaldan azad edildikdən sonra iki dəfə bu rayona səfər etmişəm. Rayonun Qorçu kəndində Laçın və Kəlbəcər rayonlarının əhalisinə xidmət edə biləcək, eyni zamanda Şuşa şəhəri əhalisinin də yararlana biləcəyi Beynəlxalq Hava limanı inşa edilir. Hesab edirəm ki, Hava limanının tikintisi gələn ilin sonu və ya 2025 - ci ilin əvvəllərində başa çatacaqdır. Laçında əvvəllər Hava limanı olmayıb. Buralar həm də çətin relyefə malikdir. Biz burada Hava limanı üçün yer seçməkdə çox çətinlik çəkmişik. Hava limanı üçün seçdiyimiz yerdə dağları yarıb bu işi həyata keçiririk.
30 ilə yaxın işğal dövründə vandal ermənilər digər ərazilərimiz kimi, Laçın rayonunu da xarabazarlığa çeviriblər. Bu bölgəmizdə də Azərbaycan xalqına məxsus tarixi, dini, mədəni irsi tamamilə dağıdan erməni vəhşiləri ekoloji terror törədiblər, çayları, bulaqları qurudublar, meşələrimizi məhv ediblər. Laçın işğal olunduqdan sonrakı müddətdə ermənilər hərbi cinayət törədərək bəzi ərazilərdə - Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşdırma da aparmışlar.
2020-ci il sentyabrın 27-də Ermənistan hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsi üçün yeni mərhələnin başlanğıcı oldu. 44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və 8 noyabr tarixində Qarabağın tacı olan Şuşa şəhəri işğaldan azad olundu. Düşmən qoşunları yarımmühasirə vəziyyətinə düşdü. Noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı. Azərbaycan Prezidentinin döyüş meydanı ilə yanaşı, siyasi müstəvidə yenilməz və qətiyyətli iradəsi, sərkərdəlik qabiliyyəti sayəsində Ermənistanı diz çökdürülərək kapitulyasiya aktını imzalamağa məcbur edildi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 1 dekabra kimi daha 3 rayonun – Kəlbəcərin, Ağdamın və Laçının müharibəsiz , qansız, şəhidsiz qaytarılmasını nəzərdə tutan birgə bəyanatı imzaladı.
Ölkə başçısının rəhbərliyi ilə bu gün Laçın rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Laçında beynəlxalq hava limanı inşa edilir, Kəlbəcər-Laçın yolunun yenidən qurulması aparılır, Göygöl rayonundan Şərqi Zəngəzura yol çəkilir, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir. Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcəkdir. Hazırda Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcəkdir. İki il ərzində isə Laçın rayonuna təqribən 10 minə yaxın keçmiş köçkün yerləşdirilməsi nəzərdə tutulub. Artıq Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Hazırda Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işlər cari ilin sonuna qədər başa çatdırılacaqdır. Bu gün Laçın şəhərinin bütün infrastrukturu – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar yenidən qurulur.
Cənab Prezident İlham Əliyev həmçinin işğaldan azad edilən ərazilərimizdə tətbiq olunan yeni idarəetmə üsulunun nəticələrindən bəhs edərək belə bir əminliyi də ifadə etdi ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir. Bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

