Siyasi Dialoq mühitinə sadiqlik
03.04.2023 [11:18]
Hazırda Azərbaycanda dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun davamlılığı və inkişaf etdirilməsi dövlət siyasətinin strateji vəzifəsidir. Azərbaycan ictimaiyyəti, xüsusilə son bir il ərzində iqtidarın ölkəmizdə siyasi dialoq mühitinin təşviqi ilə bağlı müxtəlif layihələrin şahididir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan sistemli islahatlar siyasi münasibətlər sahəsindən də yan keçməyib. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatlar ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması ilə yanaşı, siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasını da tələb edir. Hakimiyyətin müxalifət nümayəndələri ilə mütəmadi şəkildə təşkil olunan görüşləri Azərbaycanda siyasi dialoq mühitinin inkişafına yönəlmiş siyasət kimi dəyərləndirilməlidir.Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin qorunması və tənzimlənməsi üçün fərqli təşəbbüslər reallaşmaqdadır. Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini bildirən siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi cənab Prezident İlham Əliyev hər zaman vurğulamışdır.Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin təzahürdür.Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin dövlət başçısının həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləməsi aparılan siyasi dialoqun bariz nümunəsidir. 2021-ci il martın 5-də YAP-ın VII qurultayında Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasnını və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının hakim partiyaya birləşməsi bunun əyani təsdiqidir.
Prezident İlham Əliyev 2020-ci il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqində milli və siyasi həmrəyliyin daha da gücləndirilməsi istiqamətində görülən işlərin, həyata keçirilən tədbirlərin məqsədi və nəticələri haqqında demişdir: “Prezident Administrasiyasının nümayəndələri son vaxtlar, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. İndiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır.”
Siyasi islahatlar partiyalararası geniş dialoq olmadan həyata keçirilə bilməz. Bunun nəticəsi kimi son zamanlar 11 siyasi partiyanın dövlət qeydiyyatına alınması, siyasi partiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən ofislə təmin edilməsi, partiyaların qurultaylarının keçirilməsi və təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması, habelə dövlətin bir sıra bu kimi digər demokratik təşəbbüsləri nəticəsində siyasi partiyalar ölkənin siyasi sisteminin nüfuzlu təsisatına çevriliblər.Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır.
Ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə siyasi dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir. Dayanıqlı siyasi dialoq mühitinin qorunması kontekstində isə sözügedən məfhumun əhalinin ictimai şüurunda əks olunması məsələsi aktuallaşır. Odur ki, elmin müxtəlif sahələrinin metodoloji potensialına müraciət edərək mövzunun Azərbaycan cəmiyyətində təşviqi vacib vəzifədir. Təsadüfi deyil ki, siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müvafiq sahələrin mütəxəssisləri ilə birgə müzakirəsi təcrübəsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir. Siyasi dialoq həm də bir milli birlikdir, siyasi bütövlükdür. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlığı şərtləndirib. Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında, siyasi, iqtisadi azadlıqların qorunmasında, ölkəmizin güclənməsində mühüm rola malikdir. Həmçinin, siyasi sistemin vacib komponentləri olan siyasi partiyalar arasında yeni sağlam münasibətlər formalaşmaqdadır.
Prezident İlham Əliyev tərəfindən ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların normal fəaliyyət göstərməsi üçün onlara hər cür şərait yaradılmışdır. İqtidar hər zaman siyasi dialoq prinsiplərinə sadiqlik nümayiş etdirib. Siyasi partiyalarla dialoq ölkədə açıq münasibətlərin bərqərar olmasına, siyasi proseslərə partiyaların öz münasibətlərini bildirməsinə şərait yaratmış olur. Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkəmizdə demokratik ənənələrin dərinləşməsinə xidmət edir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25

