Nə qədər Azərbaycan var, Heydər Əliyev də var olacaq
11.05.2023 [12:25]
Bu bir reallıqdır ki, müasir Azərbaycan Ümumilli lider Heydər Əliyevin şah əsəridir. Məlum olduğu kimi XX əsrin sonlarında öz müstəqilliyini bərpa etmək fürsətini qazanan Azərbaycan iki ildən sonra onun itirilməsi təhlükəsi ilə üzləşdiyi bir vaxtda ulu öndər xalqın səsinə səs verdi. Dahi rəhbər əsl xilaskarlıq missiyasını öz üzərinə götürdü və ölkəni, xalqı düşdüyü ağır vəziyyətdən xilas etməyi bacardı.
Ümummilli liderimiz 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilir. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanmaq təhlükəsindən xilas oldu. Bu əlamətdar hadisə - 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 1993-cü il tarixində xalq eyni zamanda öz tarixi və doğru seçimini edərək ulu öndər Heydər Əliyevi ölkə prezidenti seçməklə, dövlətimizi qurtuluşa aparan yolun zəfər təməlini qoydu.Müdrük xalqımız düzgün , uzaqgörən seçimi ilə bugünkü güclü , qüdrətli Azərbaycan dövlətinin əsası qoyuldu.
Ulu öndər andiçmə mərasimindəki nitqində demişdir: “Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Bu andına ömrünün sonuna qədər sadiq qalan ümummilli lider prezident kimi fəaliyyətinin ilk günlərindən ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış və nəticə olaraq qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişində ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilməsinə nail olunmuşdur. Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövlətdə xalqımız üçün mümkünsüz görünənləri reallaşdırdı. Ulu öndərin Azərbaycan dilinin qorunub bu günümüzə qədər gətirilib çıxarılmasında, mədəniyyətin qorunub saxlanılmasında, Azərbaycan sənayesinin, iqtisadiyyatının dirçəldilməsində, hələ SSRİ miqyasında dünyaya tanıdılmasında, elmi potensialının gücləndirilməsində xidmətləri əvəzsizdir. Ötən zaman kəsiyində biz onun Azərbaycan xalqı qarşısındakı xidmətlərini getdikcə daha çox anlayır, dərk edirik. Anlayırıq ki, yer üzündə elə insanlar, elə şəxsiyyətlər var ki, onlar həqiqətən də öz ölkəsinə, xalqına Tanrının lütfü olaraq göndəriliblər. Heydər Əliyev də məhz həmin şəxslərdən biri idi, birincisi idi.
Ümumilli liderimizin xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması, iqtisadi müstəqilliyin əldə olunması, ordu quruculuğu kimi istiqamətlərdə böyük uzaqgörənliklə atdığı mühüm və zəruri addımlar ölkəmizin bugünkü inkişafında böyük əhəmiyyət kəsb edir.
1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması bugünkü qüdrətli ordumuzun formalaşmasına onun verdiyi əvəzsiz töhfədir. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sahəsinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına yol açdı.
Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz süverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.
Ulu öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSRİ Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. Bununla Ümummilli lider xalqın tarixi yaddaşını özünə qaytarmış, eyni zamanda da müstəqil Azərbaycan Respublikasının birbaşa Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulamışdır.
Ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də heç şübhəsiz ki, müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması olmuşdur. Ümummilli lider Heydər Əliyev bu ali vacib sənədin hazırlanmasına başlanma ərəfəsində demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsipləri əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali, icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Həmçinin bu tarixi günün əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının prezidenti tərəfindən 2023-cü il 26 aprel tarixində imzalanmış müvafiq qanuna əsasən “Heydər Əliyevin 100 illiyi(1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunmuşdur.
Bu gün biz birmənalı olaraq deyə bilərik ki, Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, prezident cənab İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar. Və əminliklə söyləmək olar ki, Ulu öndər Heydər Əliyev yolu bundan sonra da möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq.
Bütün mənalı həyatını ölkəsinə, xalqına həsr etmiş ,ömür boyu azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq və əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

