Azərbaycan hər bir hədəfə doğru inamla addımlayır
02.06.2023 [11:02]
Son 3 ilə yaxın dövrün mühüm reallıqlarından biri tarixi sahibinə qovuşmuş torpaqlarımızın cənnət məkana çevrilməsi istiqamətində mühüm addımların atılması, Böyük Qayıdışın mərhələli şəkildə həyata keçirilməsidir. Ağalı, Talış kəndlərinin ardınca Laçın şəhəri sakinlərinə qovuşdu. Bu il 28 May- Müstəqillik Gününü dövlət başçısı İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə qeyd etdi.
2023-cü ilin hədəfləri sırasında laçınlıların Laşına qayıdacağı əsas yer tuturdu. Dövlət başçısı İlham Əliyev bu prosesin ilin sonuna qədər reallığa çevriləcəyini bildirmişdir. Amma bu ilin aprelində ölkə Prezidenti Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bildirmişdir ki, bir müddət bundan əvvəl keçmiş köçkünlərin ilin sonuna qədər Laçın şəhərinə qaytaracağımızı qeyd etmişdim. Bu gün tam əminliklə deyə bilərəm ki, yay aylarında artıq buna nail olacağıq. Yəni, bu işi vaxtından tez görürük.
Azərbaycan hər bir hədəfə doğru inamla addımlayır. Nəticənin tez bir zamanda əldə edilməsi təbii ki, ölkəmizin imkanlarının təqdimatıdır. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımız quruculuq meydanına çevrilib. Dövlət başçısı İlham Əliyevin son üç ilə yaxın dövrdə bütün tarixi günləri, bayramları işğaldan azad edilmiş ərazilərdə qeyd etməsi hər birimizdə böyük qürur hissi yaradır. Hər bir səfər Böyük Qayıdışın sürətlənməsinə xidmət edən addımlarla zəngindir. Cənab İlham Əliyevin mayın 27-də Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirdikdə ümumilikdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaranır. Belə ki, dövlət başçısı Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, həmçinin Zallar, Yanşaq kəndlərinin təməlini qoydu, hərbi hospitalın, “Meydan” və “Qamışlı” Kiçik Su Elektrik Stansiyalarının açılışında iştirak etdi. Uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda, uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu. Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməli qoyuldu. Şəhərin Baş planı dövlət başçısına təqdim edildi. Cənab İlham Əliyev Xosrov bəy Sultanov və Zəngəzur, Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Laçın”, 110/35/10 kv-luq “Qorçu” yarımstansiyalarının açılışında, Şəlvə kəndinin, Qorçu qəsəbəsinin təməlqoyma mərasimində iştirak etdi. Bu sıralamanı yenə də davam etdirə bilərik. Bərpa-quruculuq işlərinin belə sürətlə aparılması həm ölkəmizin iqtisadi və maliyyə imkanlarını, həm də Azərbaycan xalqının necə qurucu xalq olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyev mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşüb onlara evlərin açarlarını təqdim edərkən bildirdi ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, istənilən nəticəni əldə etməyə qadirdir. Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, ilk 20 ailə artıq Laçında yerləşdi və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib. Onlardan 620-si fərdi, 9 çoxmənzilli binadır. Bu, hələ tam proqram deyil. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı dəqiq təsəvvürlər var. İlin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

