Tarixi əlaqələrə əsaslanan münasibətlər
02.06.2023 [14:31]
Azərbaycan-İsrail münasibətləri son illərdə çox dinamik inkişaf edir. İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünü yekdilliklə dəstələyən ölkə olub. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasında əsas amillərdən biri də yəhudi xalqının nümayəndələrinin ölkəmizdə yaşamasıdır. Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri zamanı mətbuata bəyanatında Prezident cənab İlham Əliyev bu məqamı xüsusilə vurğuladı. Ölkə başçısı qeyd etdi ki, xalqlarımızın əsrlər boyu davam edən qarşılıqlı əlaqələri, dostluq və qarşılıqlı dəstək tarixi var. Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Mədəni körpülərin ölkələrimizin ikitərəfli strateji əməkdaşlığına töhfəsi çox vacibdir. Yəhudi icması ölkəmizdə əsrlər boyu yaşayıb. Bu, Azərbaycanda böyük dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə veriblər. Ölkəmizdə yaşayan yəhudi əsilli vətəndaşlar ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar. Bütün bunlarla yanaşı İsraildə yaşayan azərbaycanlılar da ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar.
Mövcud qarşılıqlı əlaqələr ölkələrimiz arasında bir çox sahələrdə yüksək səviyyəli əməkdaşlığın əsasını təşkil edir. Belə ki, Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da ölkəmizə müdafiə qabiliyyətini müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. Azərbaycan isə İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. Ölkələrimiz arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur. Həmçinin növbəti illərdə ticarət dövriyyəsini şaxələndirmək əsas planlardandır. Nəticədə Azərbaycan və İsrail arasında daha balanslaşdırılmış ticarət dövriyyəsi olacaq.
İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun ölkəmizə səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına səbəb olacaq. Belə ki, əldə edilmiş razılaşmalar və imzalanmış əməkdaşlıq müqaviləsi ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanması çox böyük əhəmiyyətə malikdir. Həmçinin ölkələrimiz arasında irriqasiya və kənd təsərrüfatı, kibertəhlükəsizlik sahəsi və turizm sahəsində də intensiv əməkdaşlığın qurulması nəzərdə tutulub. Yaxın zamanda Azərbaycan və İsrail arasında irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaqdır ki, ölkəmiz İsrailin müsbət təcrübəsindən istifadə edərək ixrac bazarını şaxələndirəcəkdir. Bir sözlə, Azərbaycan-İsrail münasibətləri bundan sonra da intensiv formada inkişaf etdiriləcəkdir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

