Dayanıqlı inkişaf, iqtisadi və siyasi müstəqillik
06.06.2023 [16:34]
Mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı oldu. Bu il 320 fərqli şirkət 35 ölkəni təmsil etdi. Bu da keçən ilin sərgisi ilə müqayisədə 25-30 faiz artım deməkdir. Budəfəki Bakı Enerji Həftəsi, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə və onun hüdudlarından kənarda təntənə ilə qeyd edildiyi bir dövrə təsadüf etdi.
Dövlət başçısı İlham Əliyev sərgilərin açılış mərasimində qeyd olunan məqamları önə çəkərək bildirdi ki, 30 ildir - 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır.
1994-cü ildə Ulu Öndər Heydər Əliyevin neft strategiyasının astanasında idik. Həmin il ilk neft-qaz sərgisi keçirildi, həmçinin “Əsrin müqaviləsi” imzalandı. Hər iki hadisə ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.
“Əsrin müqaviləsi”nin imzalandığı dövrü yada salaq. O zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı. Müstəqilliyimizin 3 yaşı var idi. Beynəlxalq aləm Azərbaycan haqqında məlumata malik deyildi. Ölkəmiz keçid dövrünü yaşayırdı. Bununla yanaşı, ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar sərmayəçiləri bir növ qorxudurdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Bu mühüm məqam da daim vurğulanır ki, Azərbaycan yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Lakin bu gün ilə müstəqilliyimizin bərpasının ilk illərini müqayisə etdikdə böyük fərqin şahidi oluruq. Çünki o dövrdə ölkəmizdə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdur. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqı təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaranan sabitlik bu tərəddüdləri aradan götürdü. “Ona görə də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı buraya dəvət edə bilək. Məsələn, bizim BP kimi 30 illik tərəfdaşımızı və ilk konsorsiumun ovaxtkı üzvlərini də buraya dəvət etmək üçün olduqca böyük səylər lazım oldu” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, neft kəmərlərimiz, infrastrukturumuz yox idi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması yeganə addım idi ki, Azərbaycana dayanıqlı inkişaf, iqtisadi və siyasi müstəqillik gətirdi.
Xəzər neft-qaz sərgisi 1994-cü ildə təşkil ediləndə ilk tədbir idi ki, Azərbaycanı dünyanın beynəlxalq enerji ictimaiyyətinə təqdim etdi. Dövlət başçısı 28-ci Xəzər Neft-Qaz Sərgisində bir daha təşkilatçılara davamlı dəstəyə görə təşəkkür edirək onu da vurğuladı ki, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir: “Mənim sözümün təsdiqi o ola bilər ki, kimlər bu tədbirə öz məktublarını ünvanlayır – ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunak. Bu, onun göstəricisidir ki, bizim bu tədbir qlobal əhəmiyyətə malikdir. Bu fürsətdən istifadə edərək, mən ABŞ Prezidentinə, Böyük Britaniyanın Baş nazirinə və onların buradakı nümayəndələrinə təşəkkürümü bildirmək istəyirəm ki, bizə xoş sözlər göndəriblər və onların sözləri bizi ruhlandırır.” Cənab İlham Əliyevin enerji sahəsində 30 illik əməkdaşlığa diqqət yetirərək söylədiyi fikirlərdən, sadaladığı uğurlarımızdan belə bir qənaət yarandı ki, əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin göstəricisidir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

