Azərbaycan hər bir hədəfə doğru inamla addımlayır
01.09.2023 [12:25]
“İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Ona görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi. Biz qısa müddət ərzində yeni yol çəkərək həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtdıq.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 26 avqust- Laçın Şəhəri Günündə çıxışında bildirdi ki, laçınlılar mayın 28-dən etibarən artıq buradadırlar.
Qeyd edək ki, cənab İlham Əliyev 28 May - Müstəqillik Günündə birinci mərhələdə Laçın şəhərinə qayıdan əhali ilə görüşərək onlara açarları təqdim etmişdir. Laçının dirçəliş dövrü başladı. O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. Avqustun 25-də 20 ailə Zabux kəndinə qayıtdı.
“Bu, böyük xoşbəxtlikdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu xoşbəxtliyi bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimizdir. Bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Onların qanı-canı bahasına, şücaəti hesabına bu gün buradayıq, doğma torpağımızda bayram şənlikləri keçiririk. Bundan böyük xoşbəxtlik ola bilməz.
Son 3 ilə yaxın dövrün mühüm reallıqlarından biri tarixi sahibinə qovuşmuş torpaqlarımızın cənnət məkana çevrilməsi istiqamətində mühüm addımların atılması, Böyük Qayıdışın mərhələli şəkildə həyata keçirilməsidir. Ağalı, Talış kəndlərinin ardınca Laçın şəhəri sakinlərinə qovuşdu. 2023-cü ilin hədəfləri sırasında laçınlıların Laşına qayıdacağı əsas yer tutur. Dövlət başçısı İlham Əliyev bu prosesin ilin sonuna qədər reallığa çevriləcəyini bildirmişdir. Amma bu ilin aprelində ölkə Prezidenti Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bildirmişdir ki, bir müddət bundan əvvəl keçmiş köçkünlərin ilin sonuna qədər Laçın şəhərinə qaytaracağımızı qeyd etmişdim. Bu gün tam əminliklə deyə bilərəm ki, yay aylarında artıq buna nail olacağıq. Yəni, bu işi vaxtından tez görürük.
Azərbaycan hər bir hədəfə doğru inamla addımlayır. Nəticənin tez bir zamanda əldə edilməsi təbii ki, ölkəmizin imkanlarının təqdimatıdır. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımız quruculuq meydanına çevrilib. Dövlət başçısı İlham Əliyevin son üç ilə yaxın dövrdə bütün tarixi günləri, bayramları işğaldan azad edilmiş ərazilərdə qeyd etməsi hər birimizdə böyük qürur hissi yaradır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamı tarixi Zəfərimizin reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayacaq.
Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri Böyük Qayıdışın sürətlənməsinə xidmət edən addımlarla zəngindir. Belə ki, ölkə Prezidentinin və birinci xanımın avqustun 25-də Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqət yetirdikdə ümumilikdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaranır. Cənab İlham Əliyev “Laçın Şəhəri Günü” bayram tədbirində bir daha bildirdi ki, dirçələn Laçın, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gücünü göstərir.
Müzəffər Ali Baş Komandan bayram çıxışında onu da bildirdi ki, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyuldu. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək bunu etdik. Nə qədər bizə təzyiqlər, hədə-qorxular oldu. Bu gün də davam edir. Bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar ölkəmizə qarşı müxtəlif fitnələr ortaya atırlar: “Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq.”
Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçında həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48

