Azərbaycan-İraq əməkdaşlğında yeni səhifələr açılır
27.11.2023 [12:44]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Cənubi Qafqazın lider dövləti statusunu inamla daşıyan Azərbaycan müasir dövrün çağırışlarına uyğun öz milli maraqlarını qoruyaraq müstəqil xarici siyasət yürüdür. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, əsaslandırılmış və qətiyyətli siyasət sayəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da yüksəlib. Azərbaycanın dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınması ölkəmizin ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib. Azərbaycanın xarici siyasətinin əsasını milli maraqlar, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionun sabitliyinin, təhlükəsizliyinin qorunub saxlanması təşkil etdiyi üçün ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı xeyli artıb.
Diplomatik əlaqələr tarixi boyunca İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana ilk rəsmi səfəri də ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bariz nümunəsidir. Bu səfər BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyən, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edən iki dost ölkə arasında dostluq münasibətlərinin daha da güclənməsinə töhfə verəcək.
Noyabrın 20-də hər iki dost ölkə prezidentlərinin mətbuata bəyanatlarla çıxış zamanı Prezident cənab İlham Əliyev İraqın dövlət başçısının ölkəmizə rəsmi səfərinin böyük əhəmiyyət daşıdığını dildirib. Ölkəmizə ilk rəsmi səfəri başa vurduqdan sonra Ermənistana səfər edəcək İraq Prezidenti Əbdüllətif Camal Rəşidin diqqətinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, etnik təmizləmə siyasəti çatdırılıb. Ölkə Prezidentimiz Cənubi Qafqaz regionunda baş verən proseslərdən bəhs edərək Ermənistana bəzi xarici dairələrin, xüsusilə Fransanın təsirini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə”.
Separatizmə dəstək verən bəzi güc mərkəzlərinin dəstəyinə ümid olan Ermənistan hökuməti reallıqlardan, Azərbaycanın diplomatik qalibiyyətindən nəticə çıxarmaq əvəzinə dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarında ölkəmizə qarşı çirkin kampaniyalar hazırlanır.
44 günlük Vətən müharibəsində “Dəmir Yumruq”dan aldığı zərbədən nəticə çıxarmayan rəsmi İrəvan unudur ki, heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz.
Səfər çərçivəsində iki ölkə arasında imzalanmış sənədlər, aparılan müzakirələr Azərbaycan-İraq əməkdaşlğının daha da möhkəmləndirilməsindən, əlaqələrin genişləndirilməsindən xəbər verir. Bütövlükdə, Azərbaycanla İraq arasında əməkdaşlıq perspektivləri əməkdaşlığımızda yeni səhifənin açılmasına təkan verəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

