Rəqəmsal təhlükələrə qarşı...
29.11.2025 [08:53]
Şəxsi məlumatlarımızı necə qoruyaq?
Smartfonlar, planşetlər və kompüterlər gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bütün günü əlimizdən düşməyən telefonlarda, işlərimizin çoxunu həll etdiyimiz planşet və kompüterlərdə məxfi qalmalı olan şəxsi məlumatlarımız, bank hesablarımız, şifrələrimiz var. Rəqəmsal texnologiyalar müsbət tərəfləri ilə yanaşı, bir sıra təhlükələri də özündə cəmləyir. Bu problemlərin qarşısını almaq, təhlükəsiz bir rəqəmsal mühit yaratmaq isə yalnız texnologiya ilə deyil, həm də maarifləndirmə ilə mümkündür.
İnformasiya təhlükəsizliyi ilə bağlı olan məsələləri, bu sahədə yaranan problemləri və onların həllini işıqlandırmaq məqsədilə hər il 30 noyabr tarixi Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü kimi qeyd olunur. Bu günün yaranmasının isə maraqlı tarixi var.
İlk kompüter virusu
1980-ci illərdə kompüterlərdən istifadə tədricən artırdı və internetin yeni yarandığı vaxtlar idi. 30 noyabr 1988-ci ildə “Morris soxulcanı” adlanan ilk kompüter virusu elmi-tədqiqat institutları, hərbi idarələr, hətta Pentaqon da daxil olmaqla ARPANET-in minlərlə qovşağının fəaliyyətinə ciddi ziyan vurdu. Virusun vurduğu ziyan hesablamalara görə, təxminən 100 milyon dollar idi. Məhz bu hadisədən sonra insanlar informasiya təhlükəsizliyinin vacibliyini dərk etdilər və bu istiqamətdə işlər görülməyə başlanıldı. Həmin il Kompüter Avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabr tarixini Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü olaraq elan etdi. Bir çox ölkələrdə hər il bu tarixdə informasiya təhlükəsizliyi haqqında ictimai maarifləndirmə məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
Ölkəmizdə informasiya təhlükəsizliyinin hər sahədə təmin edilməsi üçün ciddi işlər aparılır. İnformasiya təhlükəsizliyinin pozulması ilə bağlı qanunlara zidd əməllər aşkar olunduqda həmin şəxslər qanunlara uyğun olaraq cəzalandırılırlar.
Şəxsi məlumatların qorunması üçün...
İnformasiya təhlükəsizliyimizi təmin etmək üçün mürəkkəb şifrələrdən istifadə etməli və şifrələrimizi mütəmadi olaraq yeniləməliyik. Şifrələr nə qədər uzun və tərkibi mürəkkəb olarsa, onun başqası tərəfindən ələ keçirilməsi riski o qədər azalar.
Eyni şifrədən istifadə etməyin
Mürəkkəb şifrələr üçün böyük və kiçik hərflərdən, rəqəmlərdən və fərqli simvollardan istifadə edə bilərik. Şəxsi hesablarımıza eyni şifrəni qoymamağa diqqət yetirmək də vacibdir. Çünki eyni şifrədən istifadə etməklə hesabımızdan birinə daxil olmağı bacaranların digərlərinə də daxil olmasını asanlaşdırmış oluruq. Bunlardan əlavə, bir çox proqramlarda bizə təqdim olunan iki faktorlu doğrulamanın aktivləşdirilməsi də şəxsi məlumatlarımızı qoruya bilməyimiz üçün vacib addımdır. Bu, şəxsi hesabımıza daxil olan zaman şəxsiyyətimizi dəqiqləşdirmək üçün istifadə olunan təhlükəsizlik üsuludur.
Bu proqramları yükləmək olmaz...
Kompüterlərimizdə, telefonlarımızda və planşetlərimizdə güvənli antivirus proqramlarından istifadə edə bilərik. Sistemin icazə vermədiyi, yükləyən zaman xəbərdarlıq etdiyi proqramları və ya faylları yükləməkdən çəkinməliyik. Viruslar şəxsi məlumatlarımızın oğurlanmasını asanlaşdıran vasitələrdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

