LİDERLƏRİN İDEYALARI UĞURLU GƏLƏCƏYƏ İŞIQ TUTACAQ
10.05.2024 [10:37]
Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıbdır. Bu cür adamlar nəinki sağlığında, bəlkə də öləndən sonra da camaata mənfəət verirlər!..” Böyük mütəfəkkir, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin bu sözlərini Ümummilli Liderimiz Heydər Əliyevə şamil etmək olar. “
10 May tarixi Ümummilli Liderimiz Heydər ƏLİYEV-in anadan olmasının 101-ci ildönümüdür. Bu böyük şəxsiyyəti rəhmət və ehtiramla yad edilir.
Hər bir xalqın tarixində öz müstəqil dövlətini yaratmaq kimi əzəmətli vəzifəni üzərinə götürmüş liderlər vardır. Necəki Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkdür, müasir müstəqil Azərbaycanın qurucusu da Ulu Öndər Heydər Əliyevdir. O, Azərbaycanı müstəqil və güclü dövlətə çevirən şəxsiyyətdir. Müasir Azərbaycan dövləti Ümummilli Liderin güclü ideyaları üzərində qurulub. Bu gün bu ideyalar Azərbaycanın Ali Baş Komandanı və cənab Prezident İlham Əliyev tərəfindən yeni ideyalar əlavə edilməklə uğurla həyata keçirilir.
Ulu Öndər Heydər Əliyevin rəsmiləşdirdiyi və inkişaf etdirdiyi azərbaycançılıq ideologiyası Azərbaycanın çağdaş dünyadakı rolunu, gücləndirdiyi dövlətçiliyi ortaya qoydu. Ümummilli Lider Sovet İttifaqı dövründə türk xalqlarının birliyinin möhkəmləndirilməsində mənəvi körpülərin qorunması, ortaq dəyərlərimizin birləşdirilməsi istiqamətində böyük səylər göstərmişdir.
Böyük qürur hissi ilə deyə bilərəm ki, Ulu Öndərin SSRİ-də bir türk müsəlmanı kimi yüksəlişi və dövrün idarəçiliyində ən mötəbər üç şəxsdən birinə çevrilməsi türk xalqını sevindirmişdir. Türk və Azərbaycan xalqları əsrlər boyu yaxın, dost, qardaş olub, bir-birinin köməyinə gəliblər.
Ulu Öndər Sovet İttifaqında yaşayan eyni etnik mənsubiyyətə, eyni kökə, eyni sivilizasiyaya malik türk xalqları ilə dostluq və əməkdaşlığa hər zaman diqqət yetirmişdir. Bu kontekstdə qonşu Türk dövlətləri olan Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistan arasında ədəbi-mədəni əlaqələr inkişaf etmiş, bu ölkələrdə mədəniyyət günləri, yubileylər, konsertlər və digər tədbirlər təşkil edilməsinə nail olmuşdur. Mixail Qorbaçov: “Heydər Əliyevin ruhunun dərinliklərində türkçülük və islamçılıq həmişə yaşayıb. Ona görə də ona inanmıram” sözləri onun nə qədər böyük türk olduğunun əyani sübutudur.
Ulu Öndərin 1993-cü ildə Bakıya gələrək ölkə idarəçiliyini öz üzərinə götürdüyü ikinci hakimiyyət dövrü təkcə Azərbaycan dövləti üçün deyil, həm də müstəqilliyini yenicə əldə etmiş digər türk dövlətlərinin inkişafı üçün bir fürsət idi. Zəngin dövlət idarəçiliyi təcrübəsi və potensialına malik olan Ümummilli Lider Heydər Əliyev də Türk Dünyasının birliyi üçün güclü lider kimi böyük işlər həyata keçmişdir.
O, 1994-cü ildə Türkiyəyə ilk rəsmi səfəri zamanı Türkiyə Böyük Millət Məclisində tarixi çıxış etmiş və türk xalqının sevgi və hörmətini qazanmışdır.
Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.
Ulu Öndər Heydər Əliyev 10 illik prezidentliyi dövründə Türkiyə ilə olduğu kimi digər Türk dövlətləri ilə sıx əlaqələr qurmuşdur. Onun siyasi səyləri təkcə Azərbaycanın hüdudları daxilində deyil, fəaliyyəti bütün türk dünyasını əhatə edə bildi. O, həmçinin 1994-2001-ci illər arasında keçirilən Türk Dövlətləri Başçılarının zirvələri çərçivəsində 6 zirvə toplantısında iştirak edib. Bu zirvələrdə o, türk dünyasının inteqrasiyası, birliyi ilə bağlı mühüm təkliflər və bəyanatlar vermişdir.
2001-ci ildə Heydər Əliyevin sonuncu dəfə iştirak etdiyi Türk Dövlətləri Başçılarının zirvə toplantısında Ulu Öndərin dediyi nitq XXI əsr Türk Dünyasına bir nümunədir. O söyləmişdir;- “Türk dövlətləri dünyanın ən strateji nöqtəsində yerləşir. Türk dövlətləri zəngin təbii sərvətlərə və yüksək intellektual potensiala malik insan resurslarına malikdir. Əminəm ki, yeni əsr türk dövlətləri üçün dinamik inkişaf, konstruktiv dialoq, qarşılıqlı faydalı əməkdaşlıq və firavanlıq əsri olacaq”.
Böyük qürur hissi ilə qeyd etməliyəm ki, Ulu Öndərin türk dünyası ilə bağlı siyasətini Ali Baş Komandan hörmətli cənab Prezident İlham Əliyev vəzifəyə gəldiyi gündən bu günə kimi qətiyyətlə və xeyirxah şəkildə həyata keçirir.
Cənab Prezident Ulu Öndərin Qarabağla bağlı vəsiyyətini yerinə yetirərək 30 il erməni işğalı altında olan torpaqları azad etdi. Bundan əlavə, 2009-cu ildə Naxçıvan sammitində başlayan Türk Dövlətləri Təşkilatının 2021-ci ildə İstanbulda yaradılması prosesində üzərinə düşən bütün vəzifələri yerinə yetirib.
Bundan əlavə, 1-ci Vitse-prezidenti Hörmetli Mehriban xanım 2004-cü ildə Ulu Öndər Heydər Əliyevin xatirəsini yaşatmaq üçün Heydər Əliyev Fondunu yaratmaqla Ulu Öndərin arzu və ideallarını uğurla həyata keçirməkdə davam edir.
O, Heydər Əliyev fondu sayəsində həm ölkə daxilində, həm də xaricdə yüzlərlə layihə həyata keçirib. Bu layihələr sayəsində Azərbaycanın xaricdə nüfuzu və dəyəri artdı.
Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, hərbi və vətəndaş irsi Ali Baş Komandan Prezident İlham Əliyev və Birinci Vitse-prezidenti Mehriban Xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ulu Öndər cismən aramızda olmasa da, onun ideyaları Azərbaycanın uğurlu gələcəyinə, Türk dünyasına işıq tutacaqdır.
Ulu öndərimizə Allahdan rəhmət diləyir , məkanı cənnət, ruhu şad olsun deyirik.
Hulusi KILIÇ
Türkiyənin Azərbaycandaki Sabiq Fövqaladə və Səlahiyətli Səfiri
İMZA İB Türkiye Təmsilcisi
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33

