Bakı Enerji Forumu keçiriləcək
21.05.2024 [12:11]
İyunun 5-6-da Azərbaycanda ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Bakı Enerji Forumu keçiriləcək.
Bakı Enerji Forumu enerji sahəsinin əsas istiqamətlərinin işıqlandırılması üçün mühüm müzakirə platformasıdır.
Bakı Konqres Mərkəzində təşkil ediləcək forumda ümumilikdə 600-dən çox nümayəndənin iştirakı gözlənilir. İştirakçılar siyahısında Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Böyük Britaniya, Bolqarıstan, BƏƏ, Çin, Əlcəzair, Fransa, İtaliya, Norveç, Macarıstan, Səudiyyə Ərəbistan, Sloveniya, Türkiyə, Yaponiya, Almaniya və digər ölkələrdən olan şirkətlər yer alacaq.
Builki tədbirin əsas gündəliyi olaraq "Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq", "Xəzər regionunda Yaşıl Enerji və Hidrogen Potensialı", "Beynəlxalq Qaz Təchizatı" və digər mövzular müzakirə olunacaqdır. COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına "COP29: Azərbaycan üçün yeni çağırışlar və imkanlar" adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi qonaqlar dəvət olunub.
2023-cü ildə Bakı Enerji Forumunda ilk dəfə olaraq "Zero Waste" (Sıfır Tullantı) proqramı tətbiq olunub. Qlobal iqlim böhranını aradan qaldırmaq istiqamətində əsas həll yollarından biri kimi hesab olunan "Zero Waste" proqramı tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusudur ki, bu da məhsulların və resursların təyinatının dəyişdirilməsi və ya təkrar istifadə olunması yolu ilə istifadəyə yararlılığını artırmağı təşviq edir.
"Zero Waste" prinsipinə sadiq qalaraq 2024-cü ildə də Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük veriləcək. İstifadəçilərin rahatlığı üçün tədbirlər proqramı barədə məlumatların əldə edilməsini asanlaşdıran QR kodlar təqdim olunacaq. Beynəlxalq "Zero Food Waste" təşəbbüsünü dəstəkləyərək, forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq ediləcək. Belə ki, tədbirlər zamanı istifadə olunmayan qidalar heyvan sığınacaqlarına veriləcək.
Həmçinin, forum zamanı "Zero Waste" proqramı çərçivəsində tədbirin bütün nümayəndələri üçün təkrar emal olunmuş plastikdən bloknotlar, qələmlər və nəm salfetlər, eko dəridən isə çantalar hazırlanacaqdır.
Bundan başqa, Bakı Enerji Forumu çərçivəsində "MiniBoss" məktəbinin tələbələrinin "Econotes" və "Ecoleaf" adlı startapları nümayiş olunacaq. "Econotes" startapının ideyası başlıq hissəsində toxum olan qələmdir. Qələm istifadə olunub bitdikdə başlıq hissəsindəki toxumu yetişdirərək, bitki əldə etmək mümkündür. "Ecoleaf" isə psixoloji və ekoloji ehtiyacları qarşılayan bir qeyd dəftəridir. Dəftərin tərkibindəki vərəqlər adi görünsə də, onlar əkilə bilən kağızlardan hazırlanıb. Belə ki, qeyd dəftəri bitdikdən sonra vərəqləri torpağa əkməklə bitki yetişdirmək mümkündür. Nəticədə bioloji təmiz kağızdan çiçək yetişəcəkdir. Startapın yaradıcıları bildiriblər ki, startaplar Azərbaycanda ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış məhsullardır. Forumda iştirak edən nümayəndələrə də bu qələmlər və qeyd dəftərləri təqdim olunacaq.
Bundan əlavə, ötən illərdən etibarən tədbir üçün reklam vasitələrinin çapı minimuma endirilərək, forumun təşkil edildiyi məkanda elektron rollaplardan və reklam lövhələrindən istifadə olunur. Tədbirin keçiriləcəyi Bakı Konqres Mərkəzi də ekoloji konseptdə inşa edilib. Belə ki, mərkəzin damında quraşdırılmış günəş enerjisi panelləri vasitəsilə kifayət qədər enerji toplanması sayəsində enerji istifadəsinə sərf olunan xərclər azaldılıb.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

