“SOCAR-Türkiyə”: İsrailə xam neftin satılması ilə bağlı ittihamlar həqiqəti əks etdirmir
03.06.2024 [12:41]
Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Türkiyə” şirkəti tərəfindən İsrailə xam neftin satışının həyata keçirilməsi ilə bağlı ittihamlar həqiqəti əks etdirmir
Bu barədə “SOCAR Türkiyə” xəbər verir.
Bildirilir ki, bu, qəsdən ictimai rəyi çaşdırmaq məqsədi daşıyır: “Biz, bütün fəaliyyətimizi Baş Ofisimiz -SOCAR-ın ortaya qoyduğu vizyona uyğun olaraq beynəlxalq biznes müqavilələri çərçivəsində həyata keçiririk. Dünyada neft satışı bazarının özünəməxsus xüsusiyyətləri var və hasil edilən xam neftin ticarət və ya treydinq şirkətləri vasitəsilə satışı həyata keçirilir. Tədarükçü şirkətlər xam neftin hansı ölkələrə daşınmasına, hansı məqsədlər üçün istifadə edilməsinə nəzarət və müdaxilə imkanlarına malik deyillər”.
Məlumatda qeyd edilir ki, bu xüsusda, SOCAR digər neft şirkətləri kimi tədarük etdiyi məhsulları aidiyyəti treydinq şirkətləri ilə satış əlaqələri çərçivəsində həyata keçirir: “Bununla birlikdə, bazarda fəaliyyət göstərən ticarət şirkətləri ilə davam edən mümkün satış əlaqələrimiz çərçivəsində, ticarət şirkətlərinin SOCAR-dan tədarük etdiyi xam neftin hansı ölkələrə daşındığına və hansı məqsədlə istifadə edildiyinə tərəfimizdən nəzarət və müdaxilə edilməsi mümkün deyildir”.
Həmçinin qeyd edilir ki, son dövrlər regionda baş verən geosiyasi proseslər nəticəsində müəyyən etiraz aksiyalarında “SOCAR Türkiyə” və qrup şirkətləri bir müddətdir bəzi təxribatçı qruplar tərəfindən həm sosial media üzərindən, həm də həyata keçirilən fiziki aksiyalarla hədəf göstərilməkdədir: “Bu təxribatçı qruplar, şirkətimizin İsrail ilə xam neft üzrə ticarət əlaqəsi olduğuna dair əsassız ittihamlar irəli sürərək sosial media üzərindən təxribat xarakterli paylaşımlar etməkdə və şirkət binamıza əməkdaşlarımızın təhlükəsizliyini riskə atacaq şəkildə fiziki hücumlar həyata keçirməkdədirlər. İstanbuldakı mərkəz binamızda 12 mart, 29 may, 31 may və 2 iyun tarixlərində, Bursadakı Bursaqaz ofis binasında isə 24 may tarixində həyata keçirilən və getdikcə şiddətlənən təxribatların davam etməsi əməkdaşlarımızın həyatı üçün təhlükə yaratmaqdadır. “SOCAR Türkiyə” olaraq, sərmayələrimiz və əməkdaşlıqlarımız, Türkiyə və Azərbaycan arasındakı güclü qardaşlıq və dostluq bağları, strateji müttəfiqlik və xalqlarımızın qarşılıqlı maraqlarına uyğun şəkildə formalaşmaqdadır. Türkiyədə fəaliyyətə başladığımız 16 il ərzində təxminən 18,3 milyard ABŞ dolları məbləğindəki sərmayə ilə, fərqli şəhərlərdə beş min altı yüz birbaşa, on mindən çox bilavasitə işçi ilə neft və təbii qaz sahəsində fəaliyyət göstərən qrup şirkətlərimiz və həyata keçirdiyimiz STAR NEZ, TANAP kimi strateji meqa layihələrlə Türkiyənin ən böyük xarici investoru və ən böyük inteqrasiya olunmuş sənaye qrupuyuq”.
Məlumatda vurğulanıb ki, şirkətin Türkiyədəki mövcud sərmayələri yeni sərmayələrlə genişlətmə fəaliyyəti isə davam etməkdədir: “Enerjidəki cari kəsirin azaldılmasına verdiyimiz töhfə başda olmaq üzrə, yaratdığımız iqtisadi dəyər və məşğulluq, həmçinin həyata keçirdiyimiz bir çox sosial məsuliyyət layihəsi ilə başda fəaliyyət göstərdiyimiz bölgələr olmaq üzrə sosial fayda üçün var gücümüzlə çalışırıq. Yaşadığımız zəlzələ fəlakətində, ilk gündən etibarən həm pulsuz yanacaq dəstəyi, həm də əsas ehtiyacların bölgəyə çatdırılması istaqamətində qardaş Türk xalqının yanında yer aldıq, almağa da davam edirik. Türkiyənin müxtəlif şəhərlərində qurduğumuz on bir məktəbdə on mindən çox şagirdə təhsil dəstəyi veririk. Sosial məsuliyyətimizi dərk edərək, təhsil, ətraf mühit və sosial sahələrdə fəaliyyətlərimizi davam etdiririk. Bir qrup təxribatçının ortaya atdığı əsassız ittihamları qətiyyən qəbul etməməklə birlikdə, ictimai rəyi manipulyasiya etmək və yüz illik qardaşlıq bağımıza zərər vermək məqsədi daşıyan bu ifadələr və hərəkətlərə etibar edilməməsini xahiş edirik. Türk və Azərbaycan xalqının ortaq maraqları və rifahı üçün fəaliyyət göstərməyə davam edəcəyik. Şirkət şüarımızda da qeyd etdiyimiz kimi, hər zaman Birlikdəyik. Güclüyük”.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18

