Ömrü yarımçıq qalan şair…
05.06.2024 [11:45]
Mikayıl Müşfiqin doğum günüdür
Yeganə BAYRAMOVA
Bu gün 29 yaşında repressiyaya məruz qalmış Mikayıl Müşfiqin anadan olmasından 116 il ötür. O, az yaşamasına baxmayaraq, Azərbaycan xalqı üçün 29 illik ömrünə sığdırdığı əsl sənət xəzinəsini yadigar qoyub. Məhəbbətlə yaşayıb-yaradan, həyat aşiqi olan Müşfiqin poeziyasında qızğın ilham, incə lirika, epik vüsət var. Bizi həyata çağıran, xoşbəxtliyin mənasını açan şeiriyyət var.
M.Müşfiqin heyrətamiz yaddaşı var idi. Rus tərcüməçisi, məşhur şair Yaroslav Smelyakov onun haqqında yazıb: “Müşfiq poetik temperamenti sönməyən insandır, o, yeni poetik və təsvir vasitələri və formalarını yorulmadan axtarırdı. Yekunda “Sındırılan saz” poeması kimi incini yaradıb... O tələsirdi, taleyin ona az ömür payı verdiyi sanki ürəyinə dammışdı…”.
Hər bir ölkənin inkişafı üçün onun mənəvi zənginlik əsas rol oynayır. Bizə həmin mənəvi irsi M.Müşfiq kimi şairlərimiz qoyublar. Gənclərin üzərinə düşən vəzifə isə bizə əmanət olunmuş mənəvi irsi öyrənməkdən, ruhumuzu o irslə tərbiyələndirməkdən ibarətdir. Dünya alimlərinin apardığı eksperimentlərə əsasən sübut olunub ki, uşaqlıqdan mənəvi aclığı doydura bilən Vətən, ana haqqında, ümumiyyətlə, sevgi ilə bağlı şeirləri oxuyaraq böyüyən uşaqlarla adi uşaqlar arasında kəskin şəkildə fərq olur. Belə ki, birincilər həyata daha yumşaq baxır, cinayət əməllərindən, dələduzluqdan, ədalətsizlikdən uzaq həyat yaşayırlar. Bu səbəbdən də M.Müşfiq kimi şairlərimizin şeirlərini nə qədər tez-tez oxusaq və uşaqlarımızı da körpəlikdən bu ruhda tərbiyə etsək, onların da, özümüzün də sağlam gələcəyini təmin etmiş olarıq.
1930-cu illərin sonunda sanki ədəbi tənqid birbaşa Müşfiqə qarşı yönəlmişdi. Bu elə belə deyildi, çünki, dövrün böyük ədibləri Müşfiqə böyük dəyər verirdilər. Saf qəlbli şair mətbuatda haqqında çıxan təhqir, böhtan dolu kəskin tənqidi məqalələrdən çox mütəəssir olurdu. Məhz bu qəbil məqalə və yazılar, çıxışlar Müşfiqin ölümünə hökm oxunmasına, onun qətlə yetirilməsinə rəvac vermişdi. Yazıçıların növbəti plenumunda M.Müşfiqə əksinqilabçı damğası vuruldu. O, əksinqilabi milli təşkilatın üzvü, sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlıqdan xəbərdar olmaqda ittiham edildi. M.Müşfiqi 1937-ci il iyunun 4-də evində həbs etdilər. Həbsdən əvvəl, axşam oxucuları ilə görüşdən gec qayıdan şair evdə onu gözləyən xanımı Dilbərin yanına tələsdiyindən yaxınlıqda dayanan qara maşına fikir verməmişdi. Müşfiq mənzilinə daxil olduqdan sonra qapının zəngi çalındı...
1938-ci il yanvarın 5-də SSRİ Ali Məhkəməsinin hərbi səhra kollegiyasının 20 dəqiqəlik məhkəmə iclası M.Müşfiqin barəsində güllələnmə qərarı verdi. Hökm bir neçə saatdan sonra - yanvarın 6-na keçən gecə icra olundu.
Bədxahlar elə bildilər ki, Mikayıl Müşfiqi fiziki məhv etməklə onu xalqın yaddaşından, bütövlükdə Azərbaycan ədəbiyyatı tarixindən siləcəklər. Lakin yanıldılar. Əksinə, Müşfiq yaşadı, xalqın yaddaşında əbədilik qazandı. 29 yaşlı şair sanki 80-100 il ömür sürmüş bir ədib qədər ədəbi irsini bizə miras qoydu...
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22

