Qanunvericiliyin tətbiqinə dair təklifləri toplamaq üçün onlayn platforma yaradılıb
22.07.2024 [16:40]
Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) Praktikaya aid siqnallar Sorğusu (PASS) platformasını istifadəyə verib.
AZƏRTAC xəbər verir ki, PASS platformasının məqsədi qanunların tətbiqində insan hüquqlarının təmin edilməsi, şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların ifşa olunması və qanunvericiliyin tətbiqi praktikasının təkmilləşdirilməsi proseslərinə töhfə verməkdir. Platforma hüquqşünaslara və sıravi vətəndaşlara praktikada bu və ya digər qanunun, yaxud aktın tətbiqi ilə bağlı boşluqlar və ya problemlər barədə vahid bir platforma üzərindən məlumat, təklif vermək imkanı yaradır.
Qanunvericilik sistemində 54 mindən yuxarı normativ hüquqi akt (o cümlədən 6000+ qanun, 8000+ Azərbaycan Respublikası Prezidentinin fərmanları), normativ xarakterli aktlar və qeyri-normativ hüquqi aktlar (o cümlədən 15000+ Azərbaycan Respublikası Prezidentinin sərəncamları və 3000+ Nazirlər Kabinetinin sərəncamları) mövcuddur. Lakin hüquqşünaslar və digər vətəndaşlar praktikada qanunların, yaxud digər hüquqi aktların tətbiqi ilə bağlı boşluqlar və ya problemlərlə rastlaşdıqda onların bu məqamlar barədə vahid bir mərkəzə təklif vermək imkanı yox idi.
Artıq istənilən şəxs qanunvericiliyin tətbiqi ilə əlaqədar rastlaşdığı problemi və təklifi “çat lövhə” formatında fəaliyyət göstərən PASS platformasında əks etdirə, digər şəxslər də buna dair öz qeydlərini əlavə edə biləcəklər.
Qeydlərin və təkliflərin göndərilməsi üçün xüsusi qeydiyyat tələb edilmir. Bu, şəxslərin seçimi ilə, həmçinin anonim olaraq da yüklənə bilər. Qeydlər və təkliflər rübdə 1 dəfə İnstitut tərəfindən ümumiləşdirilərək elmi baxımdan araşdırılacaq və aidiyyəti qurumlara xülasə formasında göndəriləcək.
PASS platforması “İctimai iştirakçılıq haqqında” Qanunla nəzərdə tutulan ictimai iştirakçılığın bir aləti olaraq “ictimai rəyin öyrənilməsi” funksiyasını yerinə yetirəcək. Eyni zamanda, hüquqşünaslar bu və ya digər məqamlara dair hüququn tətbiqi praktikasını izləmək, öz fəaliyyətlərini ona uyğunlaşdırmaq imkanı əldə edəcəklər.
PASS platforması ilə bu linkdən tanış olmaq mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

