Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Cun Sumer: Boneyra xalqını öz ölkələrində vətəndaşı kimi azad yaşamaqdan məhrum ediblər

Cun Sumer: Boneyra xalqını öz ölkələrində vətəndaşı kimi azad yaşamaqdan məhrum ediblər

21.08.2024 [21:06]

Boneyra xalqını öz ölkələrində vətəndaşı kimi azad yaşamaqdan məhrum ediblər.

"Report" xəbər verir ki, bunu BMT-də Afrikaəsilli İnsanlar üzrə Daimi Forumun üzvü Cun Sumer (June Soomer) jurnalistlərə açıqlamasında deyib.

"Boneyra xalqına öz müqəddəratını təyin etmək imkanı verilməsi üçün mübarizə aparmaq məqsədilə Bakıda olmaq mənə xoşdur. Bakı Təşəbbüs Qrupu ilə bu istiqamətdə çalışmaq olduqca önəmlidir. Çünki Boneyra xalqını öz ölkələrində vətəndaş kimi azad yaşamaqdan məhrum ediblər. Dünyanın bu adada baş verənlərdən xəbərdar olması üçün böyük tədbirlərin keçirilməsi mütləqdir", - o qeyd edib.

C.Sumer bildirib ki, müstəmləkəçilik, əsarət və onunla əlaqəli bütün məsələlər haqqında BMT-yə hesabat vermək onların mandatının bir hissəsidir:

"Müstəmləkəçilikdən əziyyət çəkən ölkələrin müstəqilliyə aparılması üçün yeni təşəbbüslər olmalıdır və həmin təşəbbüslərin qiymətləndirməsini aparmalıyıq. Hazırda müstəmləkəçi ölkələrlə birbaşa əlaqə qurmuruq, yəni həmin ölkələrə getmirik, çünki Avropa dövlətlərinin müstəmləkəçiliklə mübarizə yolunda hansı addımları atdıqlarının qiymətləndirməsini aparırıq".

Paylaş:
Baxılıb: 600 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31