Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gürcüstanda yaşayan azərbaycanlı: Şuşa dünya azərbaycanlılarının qürur mənbəyidir

Gürcüstanda yaşayan azərbaycanlı: Şuşa dünya azərbaycanlılarının qürur mənbəyidir

17.10.2024 [17:42]

Gürcüstanda yaşayan azərbaycanlılardan ibarət 30 nəfərlik qrup halında Şuşa şəhərinə gəlmişik. Mən 1976-cı ildən sonra yenidən bu möhtəşəm şəhərdəyəm. Xoş hisslər keçirirəm.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şuşaya səfər edən Gürcüstanda yaşayan azərbaycanlı, professor Mahmud Kamaloğlu deyib.

O bildirib ki, Şuşa dünya azərbaycanlılarının qürur mənbəyidir. “Şuşa qalası əzəməti ilə dillərə dastandır. Bu şəhər həm də Azərbaycanın mədəniyyət mərkəzidir. Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində 30 ildən sonra cənnət guşəmizə qovuşduq, onu yenidən dirçəltməyə nail olduq. Fikrimcə, 2020-ci ilin 8 noyabrı tariximizə qızıl hərflərlə ən şanlı gün kimi yazılıb. Həmin gün Qarabağın tacı olan Şuşa şəhəri mənfur işğalçılardan azad olundu. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi dövründə hər dəfə eşitdiyimiz Zəfər xəbərləri ilə sevinc və qürur hissləri keçirirdik”,- deyə professor əlavə edib.

Paylaş:
Baxılıb: 691 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30