Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Naxçıvanda “20 Oktyabr - Energetiklər Günü” qeyd olunub

Naxçıvanda “20 Oktyabr - Energetiklər Günü” qeyd olunub

20.10.2024 [22:46]

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində "20 Oktyabr - Energetiklər Günü" münasibətilə tədbir keçirilib.

Energetika Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, qurumun əməkdaşları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra xidmətin əməkdaşları Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla yaxından tanış olublar.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Məhərrəm Abbasov energetiklərin muxtar respublikanın inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb. O, muxtar respublikada enerji təminatının dayanıqlılığının və keyfiyyətinin artırılması sahəsində aparılan işlərdən danışaraq, bu gün də energetiklərin əzmkarlıqla öz peşə borclarını yerinə yetirdiklərini qeyd edib.

Xidmətin rəis müavini Tural Murtuzəliyev isə bildirib ki, dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncamla xidmətin üç əməkdaşı Tərəqqi medalına layiq görülüb.

Çıxışlarda Naxçıvanın elektrik enerjisi ilə təminatında əldə olunan uğurlardan, enerji səmərəliliyinin artırılması üçün görülən işlərdən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrdən bəhs olunub. Həmçinin muxtar respublikada yaşıl enerjinin inkişafı üzrə nəzərdə tutulan strategiyalara xüsusi diqqət yetirilib.

Sonda energetika sahəsində uzun illər səmərəli fəaliyyət göstərən bir sıra işçilər fəxri fərmanlarla təltif olunub.

Paylaş:
Baxılıb: 720 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30