Buxarestdə Azərbaycana həsr olunmuş “Şəhər antropologiyası” jurnalının təqdimatı keçirilib
05.12.2024 [23:43]
Buxarest Universitetinin, Buxarest Şəhər Muzeyinin və Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə Buxarest Parlament Sarayının Təhsil komitəsi zalında “Şəhər antropologiyası” jurnalının Qafqaz regionuna (Azərbaycan və Gürcüstan) həsr olunmuş oktyabr nömrəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, jurnalda dərc olunmuş Azərbaycan mədəniyyətini, adət-ənənələrini, ümumilikdə mədəni irsimizi müxtəlif aspektlərdən araşdıran elmi məqalələr Azərbaycan Dillər Universitetinin, Bakı Mühəndislik Universitetinin müəllim və professor heyəti tərəfindən hazırlanıb. Həmçinin jurnalda Buxarest Universitetinin Dillər fakültəsinin professoru Katalin Konstantin tərəfindən çəkilmiş Bakının və ölkəmizin müxtəlif regionlarının fotoları yer alıb.
Xatırladaq ki, jurnalın təqdimatına həsr olunmuş konfransın əsas mövzusu “İpək Yolu salnaməsi: ipək istehsalı və ticarətinin inkişafında Azərbaycanın rolu” olub.
Tədbirdə çıxış edən Katalin Konstantin jurnalın hazırlanması prosesində Azərbaycan, Gürcüstan və Rumıniyadan olan müəlliflərin birgə fəaliyyətinə toxunub, hər iki ölkənin mədəniyyəti, tarixi və adət-ənənələrinin öyrənilməsi üçün əməkdaşlığın perspektivlərindən danışıb.
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov çıxışında jurnalın yaradıcılarına təşəbbüsə görə xüsusi minnətdarlığını bildirərək, nəşrdə dərc edilən məqalələrin ölkəmizin Rumıniyada daha yaxşı tanınmasına əlavə töhfə verəcəyinə əminliyini bildirib. Azərbaycan- Rumıniya münasibətlərdən söz açan diplomat ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Tədbirin mövzusuna toxunan səfir hələ ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı təşəbbüsünə qoşulan Rumıniyanın keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirdiyini bildirib. Diplomat Azərbaycan, Gürcüstan və Rumıniyanı Şərqdən Qərbə uzanan qlobal yolun vacib bir hissəsi adlandırıb.
Təqdimat mərasimində Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva və Təhsil 2 fakültəsinin dekanı Salman Nuriyev çıxış ediblər. Onlar Azərbaycanda ipək mədəniyyətinin tarixi, İpək Yolu boyunca yerləşən xalqlar və ölkələr arasındakı ticarət və iqtisadi münasibətlər, o cümlədən müasir dövrdə gerçəkləşən “İpək Yolu İqtisadi Kəməri” layihəsi barədə danışıblar.
Tədbirdə Gürcüstanın Rumıniyadakı səfirliyinin və Rumıniyada yaşayan gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Sonda qonaqlar ölkəmizin inkişafına həsr olunan sərgi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 19:50
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00

