Şəmkir, Qazax və Ağstafa rayonlarının Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib
07.05.2025 [21:35]
Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının son dövrdəki fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir.
Növbəti konfranslar may ayının 5-də və 6-da Şəmkir, Qazax və Ağstafada təşkil olunub.
Toplantılarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini Gulaya Həsənova, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Konfranslarda Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən İcra Hakimiyyətlərinin rəhbər şəxsləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq, ölkəmizin ictimai-siyasi və mədəni həyatında ağsaqqalların əhəmiyyətli rolundan söz açıblar. Azərbaycan Ağsaqqallar Şurasında nüfuzlu şəxslərin toplandığını qeyd edərək ağsaqqal sözünün, ağsaqqal məsləhətinin cəmiyyətimizdə hər zaman böyük önəm daşıdığını vurğulayıblar. Natiqlər, həmçinin, Şəmkir, Qazax və Ağstafa rayonlarında İcra Hakimiyyətlərinin və digər qurumların ağsaqqallarla sıx əməkdaşlıq şəraitində birgə tədbir və görüşlər keçirdiklərini konfrans iştirakçılarının diqqətinə çatdırıblar. Gələcəkdə də bu vəhdətin, birgə fəaliyyətin yüksək səviyyədə davam etdiriləcəyini bildirərək konfransların işinə uğurlar arzulayıblar.
Sonra Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədovun, Qazax Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, şair Barat Vüsalın və Ağstafa Rayon Ağsaqqallar Şurasının sədr müavini Cəmaləddin Rzayevin hesabat dövrü ərzində yerli təşkilatların fəaliyyətləri barəsində məruzələri dinlənilib. Məruzələrdə vurğulanıb ki, yerli təşkilatlar son dövr ərzində fəaliyyətlərini hərtərəfli quraraq mütəmadi şəkildə gənclərimizin maariflənməsinə, onlarda vətənpərvərlik ruhunun daha da yüksəlməsinə, eləcə də əlamətdar və tarixi günlərə, bir çox digər aktual məsələlərə həsr olunmuş tədbirlər, şəhid ailələri və qazilərlə, o cümlədən ali və orta məktəblərdə tələbə və şagirdlərlə görüşlər keçiriblər. Fəaliyyətləri dövründə digər təşkilatlarla əməkdaşlığı daha da artıran Şəmkir, Qazax və Ağstafa rayonlarının Ağsaqqallar Şuralarının üzvləri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində də bir çox tədbirlərdə və ağacəkmə aksiyalarında yaxından iştirak ediblər.
Sonra məruzlər ətrafında maraqlı müzakirələr aparılıb. Çıxış edən natiqlər vurğulayıblar ki, cəmiyyətimizin bu gün ağsaqqal öyüd-nəsihətinə daha çox ehtiyacı var, bu səbəbdən yerli təşkilatlar fəaliyyətlərinin səmərəliliyini daha da artırmalı, ağsaqqallar öz sözlərini hər sahədə deməlidirlər. Onlar, həmçinin, ölkəmizin hər bir bölgəsində ağsaqqallara ayrılan diqqət və qayğıya, o cümlədən şəhər və rayonlarımızda yüksək səviyyəli tədbirlərin keçirilməsinə görə öz minnətdarlıqlarını bildiriblər.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayaraq ağsaqqallıq institutunun tarixindən, ağsaqqalların cəmiyyət həyatındakı xüsusi rolundan danışıb. Vurğulayıb ki, ağsaqqallığın təməli gənc yaşlardan qoyulur və bu şərəfli status el tərəfindən verilir. Natiq ağsaqqalların ahıl insanlardan öz ictimai fəallıqları, dövlətə və dövlətçiliyə davamlı sədaqətləri və malik olduqları müsbət keyfiyyətləri ilə fərqləndiklərini bildirərək qeyd edib ki, harada ağsaqqal varsa, orada sabaha inam və xoş gələcək var. Xalqımız ona görə xoşbəxtdir ki, onun Ümummilli Lider Heydər Əliyev kimi müdrik ağsaqqalı olub və bu gün də Azərbaycanın tərəqqisində mayak olan bu dahi şəxsiyyətin yolunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev kimi dünya şöhrətli liderimiz var. Sonra öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirərək yerli təşkilatların icra hakimiyyətləri, YAP və digər qurumlarla birgə səmərəli işlər həyata keçirməsini yüksək qiymətləndirib. Əmin olduğunu bildirib ki, yerli təşkilatlar “Konstitusiya və Suverenlik İli”ndə də öz fəaliyyətlərini daha da canlandıracaq və xüsusilə kütləvi informasiya vasitələrində, mediada öz səmərəli tədbirləri, görüşləri, çıxışları ilə daha aktiv olacaqlar. Eləcə də gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən vəzifələri daha yüksək səviyyədə yerinə yetirəcəklər. Natiq, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici, eləcə də sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizin gündən-günə inkişaf etdiyini, beynəlxalq nüfuzunun daha da yüksəldiyini vurğulayaraq dövlət başçısının Çin səfərinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan daha qüdrətli dövlətə çevriləcəkdir və biz ağsaqqallar hər zaman onu dəstəkləyəcək, ətrafında sıx birləşəcəyik. Sonda Bayram Yusifov Azərbaycan Ağsaqqallar Şurasının 2024-cü il üzrə fəaliyyətinə dair Hesabatın fotolarla kitabça formasında çap olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfranslarda bəzi təşkilati məsələlərə də baxılıb. Şəmkir rayonunda dünyasını dəyişən İdarə Heyəti üzvlərinin yerinə səsvermə yolu ilə yeni üzvlər, Ağstafa rayonunda yeni sədr müavini seçilib. Qazaxda isə Rayon Ağsaqqallar Şurasının sədr müavini, əməkdar məşqçi, Prezidentin fərdi təqaüdünə layiq görülən Ramiz Tağıyevə ölkəmizdə idmanın təbliğ edilməsində və gənc nəslə sağlam həyat tərzinin aşılanmasında xidmətlərinə görə Azərbaycan Ağsaqqallar Şurasının Fəxri Fərmanı təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

