Azərbaycanı hədəfə alan Rusiya mediasına xəbərdarlıq: Mətbuat Şurasından Moskvaya sərt mesaj
18.08.2026 [13:03]
Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı təhqiramiz, nalayiq və təhdid xarakterli materialların sistemli şəkildə yayılması Azərbaycan Mətbuat Şurasının sərt reaksiyasına səbəb olub.
Azərbaycan Mətbuat Şurası məsələ ilə bağlı yaydığı bəyanatda Rusiya informasiya məkanında müşahidə edilən bu tendensiyanı qətiyyətlə pisləyib.
Bəyanatda bildirilir ki, Rusiya mediasının bəzi təmsilçilərinin Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq ifadələrə, təhdid və təhqirlərə yer verməsi sivil jurnalistika prinsipləri, etik normalar və ümumbəşəri dəyərlərlə tamamilə ziddiyyət təşkil edir.
Mətbuat Şurası xüsusi olaraq vurğulayıb ki, söhbət tək-tək və təsadüfi hallardan getmir. Təəssüf doğuran məqam belə materialların və fikirlərin Rusiya informasiya məkanında ardıcıl şəkildə ortaya çıxmasıdır.
Şura hesab edir ki, bu cür hallar Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin ruhuna, eləcə də iki ölkənin media qurumları arasında formalaşmış əlaqələrə tamamilə ziddir.
Bəyanatda Azərbaycan mediasının qonşu ölkələrlə, o cümlədən Rusiya ilə bağlı məsələlərə münasibətdə daim həssas və məsuliyyətli davranması da diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan kütləvi informasiya vasitələri peşə prinsiplərindən kənara çıxan fikirlərə və iddialara yer verməyib, jurnalist etikasına riayət etməyə çalışıb.
Məhz buna görə də Rusiya informasiya müstəvisində Azərbaycan əleyhinə belə xoşagəlməz halların yaşanması Azərbaycan ictimaiyyətində dərin təəssüf və əsaslı narazılıq doğurur.
Azərbaycan Mətbuat Şurası baş verənləri qətiyyətlə pisləməklə yanaşı, Rusiyanın media ictimaiyyətinə və bütövlükdə cəmiyyətinə də müraciət edib. Şura Azərbaycan–Rusiya media əlaqələrini və ümumən iki xalq arasındakı dostluq münasibətlərini pozmağa yönəlmiş hallara qarşı ciddi tədbirlər görülməsinə çağırıb.
Bəyanatda bir daha vurğulanıb ki, Azərbaycan dövlətinə, xalqına və onun görkəmli nümayəndələrinə qarşı təhqiramiz fikirlərin, eləcə də təhdid xarakterli iddiaların səsləndirilməsi yolverilməzdir.
Mətbuat Şurasının bəyanatındakı ən sərt məqam isə Rusiya informasiya məkanında belə materialların sistemli xarakter daşımasının mümkün siyasi mənasına dair qiymətləndirmədir.
Şura bildirir ki, Rusiya informasiya məkanının sərt qanunvericiliklə tənzimləndiyi bir şəraitdə Azərbaycan əleyhinə bu cür materialların ardıcıl və sistemli şəkildə ortaya çıxması onların Rusiya Federasiyasının dövlət siyasəti səviyyəsində təsdiqlənməsinə bərabər tutula bilər.
Azərbaycan Mətbuat Şurası təhqir və təhdid xarakterli ifadələrə yol verən şəxslərə belə əməllərə görə hüquqi məsuliyyət daşıdıqlarını da bir daha xatırladıb.
Xəbər lenti
Hamısına baxSosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20

