Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Hindistanda yaşı 3,5 milyard il olan biogen mənşəli çöküntülər aşkar edilib

Hindistanda yaşı 3,5 milyard il olan biogen mənşəli çöküntülər aşkar edilib

18.08.2026 [12:45]

Geoloqlar Hindistanın cənub-şərqində yaşı 3,5 milyard il olan çöküntü süxurları aşkar ediblər. Onların tərkibində Yer kürəsində ən qədim biogen mənşəli çöküntülərin olduğu müəyyən edilib. Tədqiqatçıların fikrincə, bu, həyatın mürəkkəb metabolik dövrə malik formalarının Paleоarxey erasının başlanğıcında meydana gəldiyini və geniş yayıldığını göstərir. Araşdırmanın nəticələrinə dair məqalə “PNAS” jurnalında dərc olunub.

AZƏRTAC xəbər verir ki, biogen mənşəli çöküntülər Hindistanın cənub-şərqində yerləşən Bhitar-Dari bölgəsində aşkar edilib. Məqalədə qeyd olunduğuna görə, alimlər əslində, vulkanlarla qonşuluqda yerləşən aktiv dəniz ekosistemində qədim həyatın qoyduğu bütöv bir kimyəvi arxivi aşkar etməyə nail olublar. Beynəlxalq tədqiqatçılar qrupuna Hindistan Geoloji Xidmətinin elmi işçisi Trizrota Çoudhuri rəhbərlik edib.

Tədqiqatçılar həmin süxurlarda üzvi maddələrlə yanaşı, dəmir və silisium birləşmələrindən, həmçinin qrafit və yüksək temperaturda su mühitində əmələ gələn bir sıra digər minerallardan ibarət təbəqələr aşkar ediblər. Alimlərin fikrincə, bu, çöküntülərin dayaz sularda yerləşən geotermal mənbələrin və ya vulkanların yaxınlığında formalaşdığını göstərir. Bu fakt həyatın mənşəyinin vulkanlarla əlaqələndirildiyi nəzəriyyələri dəstəkləyir.

Paylaş:
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Gündəm

Sosial

107 yaşlı DSX!

18 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31