Əli Əliyev, yoxsa dili Əyriyev?
19.11.2021 [14:16]
Tahir Məmmədov
YAP Veteranlar Şurasının üzvü
Son vaxtlar böhtan, qarayaxma kampaniyasının önündə yorta- yorta gedən yabısını köndələn çapmaq istəyən “Vətəndan və İnkişaf Partiyası”nın sədri Əli Əliyev öz hədyan çıxışlarını bir qədər də genişləndirib. Xalqımızın, yenilməz Ali Baş Komandan Qalib və Müzəffər Prezidentimiz İlham Əliyev və cəsur Azərbaycan Ordusunun dünayaya səs salan 44 günlük tarixi, möhtəşəm savaşını, böyük Zəfər,şanlı Qələbə ehtişamını özündən olsa kölgələmək istəyir. Guya biz Qarabağı Rusiyaya təhvil vermək ərəfəsindəyik. Doğrudan gülməlisən xanixarab, həm də yaxşı yuxular görürsən. Azərbaycanlı olasan, bu ölkədə yaşayıb, onun çörəyini yeyəsən, suyunu içəsən, amma bu boyda milli, tarixi Qələbəni görməyəsən. Ya da görə-görə özünün görməməzliyə vurasan.
Burada yeri gəlmişkən bir haşiyə çıxmaq istəyirəm. Deyirlər ev dibçəkləri sırasında bir tikanlı kakatus adlı bitki olur, həmişə də evin bir küncündə büzülüb oturur, guya ki, başı aşağı mürgüləyir amma qulağı söz, xəbər dənləyir,- qiymət böhtan torbasını doldurmaq üçün. Hərdən tikanlarını tərpədib o tərəfə bu tərəfə nəzər də salır. Sonra da bükülür, yığılır, balacalışır,- kirpi kimi. Hamı elə bilir ki, yatıb, heç nəyi eşitmir, heç kimi görmür. Amma evdə bir busat, şənlik olanda, gülüş sevinc sədaları yüksələndə, tikanları tərpənir, biz- biz durur. Elə bil yuxudan ayılır. Şənliyi, büsatı gözü götürməyən, xoş, sevinc sədalarından tikanları dikələn katusu görəndə... Əli Əliyevin haray-həşiri, tikanlarını qabartması yadıma düşür. Bu siyasi diletant Əli Əliyevin ləkəli reputasiyasını bir daha acı-acı xatırlamalı oluram. Bütün mənəvi-əxlaqi dəyərləri ayaqlayaraq şər-böhtanla kimlərəsə züy tutan, özü -özünü demokrat adlandıran Əli Əliyev sosial şəbəkləri qərəz dolu üfunətlə doldurub. Hətta iş o yerə çatıb ki, bu şər, üfunətə öz müavini Əliyar Şirməmmədov dözə bilməyib VİP-in Siyasi Şurasından və partiya üzvləyindən istefa verərək uzaqlaşıb. Keçmiş müavin Ə.Şirməmmədov açıqca bəyan edib ki, Əli Əliyevin qərəzli, böhtan dolu ittihamlarına daha dözə bilmir. Hətta onu da qeyd etməyi unutmayıb ki, bu Əli Əliyev VİP təşkilatını əsl diktator kimi idarə edir. Açıqca ərz eləyib ki, “ ümumiyyətlə, belə deyərdim ki,- bir az kobud çıxacaq,- partiya diktatorcasına idarə edilmək ucbatından dağılmaq üzrədir. Mən Əli bəydən yaşca da böyüyüəm. Düz, 30 il 4 ay idi ki, bir yerdə idik. Deyərdim ki, ayrılmağımızın səbəbi siyasi baxışlarımızın üst-üstə düşməməsi ilə bağlıdır. Hesab edirəm ki, özümə hörmət edərək mədəni halda istefa verməyə məcbur oldum”.
30 illik dostunun,-partiyadaşının bu sözlərindən sonra VİP sədri Əli Əliyevə əqidəsi sürüşkən, dili Əyriyev deməyəsən, bəs nə deyəsən. Partiya sədrinin keçmiş müavininin dediyi kimi, Əli Əlieyvin siyasi baxışlarında mülahizələrində , çağırışlarında, dövlətə, iqtidara, bütövlükdə xalqımıza tuşlanan haqsız söz, iftira hücümlarında onun yanaşmalarının siyasi həyasızlığını açıq-aşkar görünür. Bəli, böyük yazıçımız Mirzə Cəlil demişkən “ dünya başına deyil, hamı hamını görür”. Sosial şəbəkələrədə özünü xalq, millət təəssübkeşi kimi qələmə verməklə deyil, ay Əl bəy, sizi artıq tanıyırlar. Bir zmanlar AMİP-dən qovuldunuz, gördülər ki, siyasi ambisiyasınız, “mənəm-mənəmçiliyiniz” heç bir çərçivəyə sığmır. Sizə, xarakterinizə rişxəndlə, ikrahla baxırlar. Bunu biz demirik, o vaxt təmsil olundunuz AMİP funksioneri Əli Orucov özü deyir ki, hələ 2005-ci ildə siz bu partiyanın sədri olanda təşkilatı öz şəxsi məqsədləriniz üçün istifadə edirdiniz. Həm də pozuculuq, ara qarışdırmaq fəaliyyətinizlə hamının gözündən düşmüşdünüz. Ona görə də 2006-cı ilin yanvar ayının 8-də AMİP-in Mərkəzi Şurasının yekdil və prinsipial qərarı ilə sədrlikdən, hətta üzvlükdən belə uzaqlaşıdırıldınız. Hələ onu da demirik ki, Azərbaycan Dövlət Tibb Universitetinin kafedrasının əməkdaşları da sizi yaramaz əməllərinizə görə öz sıralarından çıxdaş etdilər. Bayaq qeyd etdiyimiz kimi, dünya başına deyil. Hələ onu da demirəm ki, axırıncı deputat seçkilərində namizədliyinizi ciddi- cəhdlə irəli sürsəniz də heç bir faiz də səs toplaya bilmədiniz. Çünki o zaman yuxunuzda tez-tez Milli Məclisdəki kresloları görürdünüz,- düz deyirlər ki, ac toyuq yuxusunda həmişə darı görər. Uğursuz “dovşan”, “pişik” həkimi kimi hər yerdən qovula-qovula heç yerdə öz yerini tuta bilməyən savadsız həkim olaraq hətta öz “xəstələrinizin” belə dadına çata bilmirsiniz.
İndi də hər cür qara piar kamapniyasını qızışdırmaq istəyən siyasi həpənd Əli Əliyev həmin xülayalarının yedəyində sürünür.
Əli Əliyev unudur ki, qədirbilən, müdrik xalqımız öz dostunu, düşmənini yaxşı tanıyır, ağı qaradan seçməyi gözəl bacarır. Kifayət qədər qaranlıq keşmişi olan, AMİP-dən qovulan, fitnəkarlıqla Xalq rəssamı Kamil Əliyevin əmlakını ələ keçirmək istəyən tamahkar VİP sədri unudur ki, müxalifətçilik belə olmur. Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan bu “həkim-siyasətçi” nədənsə hər şeydən əvvəl öz vətəndaşlıq borcunu, Vətən torpaq, Qarabağ təəssübünü bilərəkdən “yaddan çıxarır” Əli Əliyev kimi marginallar unudurlar ki, anti-Azərbaycan dairələrin qrant paylayan ofislərinin mərmər döşəmələri üstündə gəzib yardım dilənməklə heç nəyə nail ola bilməyəcəklər. Belələri bilməlidirlər ki, Vətənin halal, müqəddəs çörəyinə kəm baxanları tarix heç zaman bağışlamır...
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

