Aynur Sofiyeva: Ulu Öndərin ideyaları Azərbaycanın davamlı inkişafının əsasıdır
11.12.2021 [11:56]
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Aynur Sofiyeva Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin əsaslarını yaradan və onların inkişafını təmin edən, milli inkişaf strategiyasının müəllifi, ulu öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyə döğru inamla irəliləməsində rolundan geniş bəhs edərək bildirib ki, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün ölkəmizin taleyinin necə olacağını təsəvvür etmək çətin deyildi: “Ulu öndər Heydər Əliyev qayıdışı ilə Azərbaycanı vətəndaş müharibəsindən, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Ö dövrün reallıqları bir daha bu həqiqəti təsdiqlədi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Ulu öndər düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı bu bəlalardan xilas edərək inkişaf, tərəqqi yoluna çıxardı. Dövlətçiliyimizin əsasları yaradıldı. Azərbaycanın inkişafını təmin edən Milli Konstitusiymız qəbul edildi. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutaraq bütün atributların bərqərar olmasına səylər göstərildi. Hər bir ölkənin inkişafının əsasında dayanan sabitliyin və normal iqtisadi mühitin yaradılması ilə Azərbaycanın beynəlxalq aləmdə təqdimatı, bir dövlət kimi varlığının təsdiqi həyata keçirildi. Ümummilli Lider Azərbaycanı yenidən qurdu, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşdirdi.”
A.Sofiyeva qeyd edib ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə şox ciddi təsir göstərir və gələcəyin aydın təsəvvürünü yaradır: “Müstəqilliyinin yenidən bərpasının ilk illərində Azərbaycanın başının üstünü qara buludlar alanda xalqın üzünü öz xilaskarına-ulu öndər Heydər Əliyevə tutması səbəbsiz deyildi. Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi, siyasi iradəsi, hadisələrə düzgün yanaşmaqla yanaşı, seçim etmək, gələcəyə istiqamətlənən yolu müəyyənləşdirmək bacarışı və bunların əsasında dayanan Vətən, dövlət, xalq sevgisi Azərbaycanı o illərin çətinliklərindən, faciələrindən xilas etdi. Liderin xilaskarlıq missiyası onun fəaliyyətinin bütün məqamlarını özündə ehtiva edir.”
Ulu öndər Heydər Əliyevin “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz, bundan sonra heç bir qüvvə Azərbaycanın dövlətçiliyini məhv edə bilməz” fikirlərini önə çəkən YAP İdarə Heyətinin üzvü Azərbaycanın 1993-cü ildən bugünədək keçdiyi inkişaf yolunun təhlili fonunda bildirib ki, bundan sonra Ümummili Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanı ancaq və ancaq inkişaf müşaiyət edəcək: “Dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildə xalqa inamın və etimadın ünvanı kimi cənab İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını göstərməklə uğurlarımızın davamlılığına imza atdı. Son 18 ildə Prezident İlham Əliyevin Azərbaycanın bu günü və gələcəyi ilə bağlı inkişaf strategiyasının, qəbul etdiyi qərarların və irəli sürdüyü təşəbbüslərin nəticəsi olaraq ölkəmiz dünyaya inkişafın yeni modelini təqdim edir. Azərbaycan bütün sahələrdə zəngin təcrübəsi ilə diqqətdədir. Cənab İlham Əliyevin “güclü dövlət” modelinin əsasını təşkil edən iqtisadi, siyasi və hərbi gücün birliyinə torpaq Vətən sevgisini də əlavə edib 30 ilə yaxın həsrətlə gözlədiyimiz anın – Zəfərimizin sevincini yaşayırıq. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi son 18 ildə möhkəm təməl üzərində görülən işlərin, əldə olunan uğurların nəticəsidir. Ümummilli Lider 2003-cü ildə xalqımızı gələcəklə bağlı düzgün seçim etməyə istiqamətləndirərkən böyük əminliklə qeyd etmişdir ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. Axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
“Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümidləri döğrultdu, adını tarixə torpaqlarımızın xilaskarı, qalib ölkənin qalib Lideri kimi yazdı” söyləyən Aynur Sofiyeva qeyd edib ki, tarixi Zəfərimizdən ötən bir ildə dövlət başçısının atdığı addımlara diqqət yetirsək işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bütün bölgələrimizin inkişafının prioritetliyini görərik: “Azərbaycan yeni reallıqların fonunda regionda və dünyada sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Yeni əməkdaşlıq formatlarının yaradılması bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasını bir tələbə çevirib. Azərbaycan sülh müqaviləsinin də imzalanmasına nail olacaq. 30 ilin işğalına 44 gündə son qoyulması, tariximizin Zəfər səhifəsinin yazılması Heydər Əliyev siyasətinin təntənəsi, Heydər Əliyev yolun ancaq və ancaq uğurlara yol açdığının təsdiqidir.”
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45

