ANAMA ƏDV-dən azad edildi
12.01.2022 [10:41]
Ötən il Qarabağda 41 503 mina və partlamamış hərbi sursat aşkarlanıb
Günel
Yanvarın 11-də Prezident İlham Əliyev ANAMA-nın ƏDV-dən azad edilməsi ilə bağlı Fərman imzalayıb.
Fərmana əsasən, dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısına Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi də daxil edilib.
Ümumiyyətlə, Qarabağda yenidənqurmanın sürətlənməsi istiqamətində atılan addımlardan biridir. ANAMA da öz növbəsində Böyük Qayıdışın tez başa çatması üçün mütəmadi olaraq təmizlənmə prosesini davam etdirir.
Qurumun son məlumatına əsasən yanvarın 5-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 6, tank əleyhinə 6 mina və 68 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 57,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Bir neçə gün öncə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA-nın ötən ildə yerinə yetirdiyi işlər və gələcəkdə qarşıda duran məqsədlər barədə ictimaiyyəti məlumatlandırıb.
Müsahibədə ANAMA-nın işğaldan azad olunan ərazilərdə ötən il aşkarladığı minaların sayı açıqlanıb. Məlum olub ki, ötən il 6 000 ha ərazinin təmizlənmə öhdəliyi qarşısında minaaxtaranlar 6 201 ha ərazini mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləyərək aidiyyəti üzrə təhvil verib. Nəticədə 4 880 ədəd piyada əleyhinə mina, 2 335 ədəd tank əleyhinə mina və 11 205 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib. Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə 1 981 ha, məskunlaşma üçün nəzərdə tutulan ərazilərin təmizlənməsi üzrə 1 373 ha, nəqliyyat infrastruktur layihələri üzrə 1 618 ha, enerji xətlərinin çəkilməsi üçün 586 ha və 644 ha ərazi digər layihələr üzrə təmizlənərək təhvil verilib.
Ötən ildə işğaldan azad edilən ərazilərdə ümumilikdə 20 165 ha ərazi təmizlənib, 41 503 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb. İşğaldan azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçilir.
Bu il Qarabağın minalardan təmizlənməsi üçün görüləcək işlər açıqlanıb
Hazırda minatəmizləmə əməliyyatlarının vaxtlı - vaxtında və dəqiqliklə icra edilməsi üçün şəxsi heyətin mərhələli şəkildə artırılması davam edir. Ötən il 239 nəfər yeni müdavim təlim və akkreditasiyadan keçərək, əməliyyatlara cəlb olunub. Bu il üzrə də sahə işçi heyətinin sayının artırılması nəzərdə tutulub və inanırıq ki, daha böyük miqyasda ərazilərin təmizlənməsinin öhdəsindən gələcəyik. Maddi-texniki bazanın genişləndirilməsi istiqamətində xüsusi təyinatlı minatəmizləmə maşınları, maqnetik-lokator və detektorlar, minaaxtaranın alət çantası, həmçinin qoruyucu geyim dəstlərinin sayı artırılıb.
Ötən il imzalanan müqavilələrə əsasən bu il də Azərbaycana əlavə texnika və avadanlıqların gətirilməsi planlaşdırılır. Minatəmizləmə əməliyyatına cəlb edilən xüsusi təlim keçən itlərin sayında əlavələr oldu. Marşal İrsi İnstitutu (MLİ) ilə memorandum imzalandı.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov vətəndaşlara müraciət edib:
“Öncə vətəndaşlara təşəkkür etmək istərdim ki, il ərzində çağırışlarımıza diqqət edərək təhlükəli ərazilərə səfər etmədilər. Bizim fəaliyyətimizin fasiləsiz və davamlı icra edilməsi üçün şərait yaratdılar. Bu il “Böyük Qayıdış” proqramı üzrə Qarabağa ilk sakinlərin köç edilməsi gözlənilir, onlara partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçiriləcək.
Bildirim ki, Agentlik tərəfindən 130 dövlət qurumu və özəl müəssisənin 5000-dən yuxarı əməkdaşı ümumi maarifləndirmə və təlimçilərin təlimi proseslərinə cəlb olunub. Minalı ərazilərə yaxın 80 kənddə mina təhlükəsi ilə mübarizə qrupları yaradılıb. Eyni zamanda, minlərlə maarifləndirici və xəbərdaredici materiallar hazırlanaraq əhaliyə paylanılıb.
Maarifləndirmə - minatəmizləmə əməliyyatlarının mühüm istiqamətlərindən biri olaraq tərəfimizdən davam etdiriləcək. Necə deyərlər, güc birlikdədir - bu səbəbdən fürsətdən istifadə edib, vətəndaşlarımıza müraciət etmək istəyirəm ki, gəlin bir olaq, təmkin göstərək və təhlükəsiz Qarabağımıza sağlam qayıdaq”.
ANAMA-ya 2023-cü ilədək 30 baş minaaxtaran itin təhvil verilməsi nəzərdə tutulub
Qeyd edək ki, bunlardan 20 baş minaaxtaran it artıq Agentliyə göndərilib. Xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyəsi, 18-i isə fərdi donorların ianəsi hesabına alınıb. Növbəti illərdə mövcud olan əməkdaşlığın davam etdirilməsi və yeni itlərin gətirilməsi gözlənilir. Ötən il minatəmizləmə əməliyyatına cəlb edilən xüsusi təlim keçmiş itlərin sayında əlavələr olub.
Minatəmizləmə istiqamətində qurumların 2022-ci ilin tədbirlər planına əsasən, ümumilikdə 40 000 ha ərazinin təmizlənməsi planlaşdırılır. ANAMA-nın öhdəliyinə düşən ərazi 20 000 ha təşkil edir. Məhz yeni müdavimlərin hazırlanması Qarabağda icra olunan əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsinə xidmət edəcək.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

