Avropada antisemitizm təhlükəli hal alır
27.01.2022 [11:00]
Yəhudilər Fransada açıq diskriminasiyaya məruz qalırlar
P.İSMAYILOV
“İnsan hüquqları”, “demokratiya” kimi gəlişigözəl sözlərlə dünyanın gözünü boyamağa çalışan Qərb dünyası iç üzünü bir daha ortaya qoymaqdadır. Xüsusilə, Avropada diskriminasiyanın artması müşahidə edilən reallıqlardan biridir. Məsələn, Fransada yaşayan yəhudilərin əksəriyyəti fransız cəmiyyətində antisemitizmin geniş yayıldığını düşünür. Bu, isə onların sıxışdırılması və milli mənsubiyyətini gizlətmək məcburiyyətində qalması ilə nəticələnir. Bunu aparılan sorğular, araşdırmalar da təsdiqləyir. Belə ki, Amerika Yəhudi Komitəsi (AJC) və Fransa Siyasi İnnovasiya Fondunun sifarişi ilə Fransa İctimai Rəyin Öyrənilməsi İnstitutu (IFOP) tərəfindən aparılan araşdırma bu qənaəti ortaya çıxarıb. Sorğuda iştirak edən 500-dən çox yəhudi məzhəbindən və ya mədəniyyətindən olan fransızın 85 faizi antisemitizmin geniş yayıldığını düşünür. 73 faiz isə hesab edir ki, bu hal artmaqda davam edir. Sorğuda iştirak edənlərin yarıdan çoxu gülüş obyektinə çevrildiyini təsdiqləyib, respondentlərin 30 faizi isə mütəmadi olaraq təhqir olunduğunu bildirib. 24 faiz iştirakçı yəhudi icmasına mənsub olduqları üçün həyatlarında ən azı bir dəfə sağlamlıqlarına və ya əmlaklarına təhlükə ilə üzləşiblər, onların 7 faizi əmlaklarının mütəmadi olaraq zədələndiyini, 8 faizi təkrar fiziki zorakılıq hallarından şikayətləndiyini bildirib. Araşdırmanın ən diqqət çəkən tərəfi isə məktəb və uşaqlarla bağlıdır. Belə ki, AJC Avropa Bürosunun direktoru Simone Rodanın sözlərinə görə, Sena-Saint-Denis departamentində və Parisin bəzi bölgələrində valideynlər bu səbəbdən uşaqlarını dövlət məktəblərindən çıxarırlar. Valideynlərin 60 faizi övladlarından müəyyən ərazilərə getməməyi, 55 faizi isə yəhudi icması ilə əlaqə yaratmağa imkan verən əşyalar geyinməməyi tələb edir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə Avropa məkanında baş verən bu kimi halları təhlükəli proses kimi dəyərləndirib. Onun sözlərinə görə, artıq “köhnə qitə”də antisemitizm, antiislamizm kəskin xarakter almaqdadır: “Son dönəmlərdə Avropada baş verənlərlə hər kəs tanışdır. Sinaqoqlara hücumlar edilir, məscidlər yandırılır. Bütün bunlar isə Avropa ictimaiyyəti üçün çox təhlükəli siqnaldır. Bir sıra yəhudi təşkilatlarının məlumatlarına görə, 60 mindən artıq yəhudi vətəndaş məhz qorxudan Fransanı tərk edib. Bu, çox ciddi məsələ və ciddi rəqəmdir. Dəfələrlə beynəlxalq təşkilatlarda qaldırılan bu məsələyə ciddi yanaşılmalıdır. Fikrimcə, Avropa Şurası, Avropa Parlamenti, ATƏT kimi təşkilatlar ksenofobiyanın, antisemitizmin, rasizmin, antiislamizmin artmasının qarşısının alınması yönündə addımlar atmalıdırlar. Fransada bu proses daha təhlükəli şəkildə inkişaf edir. Bəzi fransalı siyasətçilərin davranışları tam radikalizmə söykənir. Hətta belə bir mənzərə yaradıblar ki, daha çox radikal mövqe tutanların siyasi kampaniyası uğurlu olur. Bunlar çox təhlükəli məqamlardır”.
Bu kimi halların qarşısının alınması üçün səylərin gücləndirilməsinə ehtiyac olduğunu bildirən A.Mollazadə 27 yanvar tarixinin Holokost qurbanlarının anım günü olduğunu və bütün beynəlxalq təşkilatlarda bu məsələnin müzakirəsinin təşkilinin vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

