/ / Azərbaycan FAO ilə ərzaq təhlükəsizliyi ilə bağlı çoxtərəfli platformalarda əməkdaşlığa hazırdır
Azərbaycan FAO ilə ərzaq təhlükəsizliyi ilə bağlı çoxtərəfli platformalarda əməkdaşlığa hazırdır
06.05.2022 [11:17]
"Təəssüf ki, son illər ərzində dünyanın ərzaq təhlükəsizliyi sistemi bir sıra risklərlə üzləşib. COVID-19 pandemiyası, regional proseslər, iqlim dəyişikliyi, torpaq və su resurslarının daha da məhdudlaşması qlobal ərzaq təhlükəsizliyinin təmini üçün təhdidlər yaradır".
"Report" xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı bildirib.
"Bu çağırışlar həm də ümumi məqsədlərə nail olmaq üçün yeni beynəlxalq münasibətlərin əsasını qoydu. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Hand in Hand”, “Tarladan süfrəyə”, “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və digər əlaqəli strateji təşəbbüsləri ərzaq təhlükəsizliyi sistemlərinə təsir edən kritik amillərə cavab vermək üçün müasir təlimatlardır. Azərbaycan bu təşəbbüslərə böyük həvəslə qoşulur və bu çoxtərəfli platformalarda səmərəli əməkdaşlığa hazırdır.
Qlobal ərzaq təhlükəsizliyi sisteminin daha dayanıqlı olması üçün FAO ilə təşkilatın tərtib etdiyi strategiyaları və proqramları çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk", - nazir qeyd edib.
İ. Kərimovun sözlərinə görə, bu gün Azərbaycan regionda sürətlə inkişaf edən iqtisadiyyata malik ölkədir: "Bizim əsas hədəfimiz iqtisadiyyatı şaxələndirməklə milli ərzaq təhlükəsizliyi sistemini inkişaf etdirməkdir.
Bütün dünyada aqrar sahədə yeniliklərin tətbiqi və yeni çağırışlara adaptasiya qaçılmazdır. Bu transformasiya rəqəmsal və innovasiyaya keçidi zəruri edir.
Rəqəmsal texnologiyalar iqtisadiyyata dərin təsir göstərir, kənd təsərrüfatı və ərzaq bazarlarını yenidən formalaşdırır. Məhdud resurslardan səmərəli istifadə etmək üçün kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşmaya ehtiyac var. Bu dəyişiklik həm də iqlim dəyişikliyi risklərini azaltmağa və adaptasiyaya imkan verəcək. Azərbaycan da öz növbəsində ölkənin kənd təsərrüfatını müasir və rəqəmsal kənd təsərrüfatına çevirmək prosesini keçir.
Bizim kənd təsərrüfatı siyasətimiz ədalətli və bərabər prinsiplərə əsaslanır. Bu siyasət FAO-nun 2030-cu il gündəliyindəki hədəflərə uyğundur. Bu səbəbdən bütün xidmətlərə və dövlət dəstəyinə asan çıxış üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlamışıq.
Biz həmçinin kənd yerlərinin inkişafı və onların dəyər zəncirinə inteqrasiyası üçün rəqəmsal texnologiyalardan istifadə edirik. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərimizdə "ağıllı kənd" layihələrini həyata keçirməklə FAO-nun “1000 Rəqəmsal Kənd” Təşəbbüsünə öz töhfəmizi veririk.
Ticarət istənilən uğurlu transformasiya üçün mühüm vasitədir. Yaxşı qurulmuş ticarət əlaqələri həm də müasir texnologiyaların və qabaqcıl təcrübələrin transferini təmin edir. Azərbaycan nəqliyyat və logistika qovşağı imkanlarına görə Avrasiyanın əsas ölkələrindən birinə çevrilməyi bacarıb. Həyata keçirilən layihələr nəticəsində Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri arasında mühüm ticarət körpüsünə çevrilib. Əldə edəcəyimiz nailiyyətlər ölkələrimiz arasında ticarət əlaqələrini inkişaf etdirməklə yanaşı, daha sıx əməkdaşlığa təkan verə verə bilər".
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19

