9-cu səfər...
01.06.2022 [10:04]
Xarici diplomatlar Kəlbəcərdə
Nicat PAŞA
İşğaldan azad edilmiş ərazilərdə aparılan yüksək səviyyəli abadlıq-quruculuq işləri bir çox qabaqcıl dünya ölkələrinin, beynəlxalq nümayəndəliklərin diqqət mərkəzindədir. Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən dərhal sonra start götürən bərpa-quruculuq prosesini yaxından izləmək, bununla bərabər 30 ildir erməni işğalçıları tərəfindən talan edilən torpaqlarımızda mənfur qonşularımızın törətdiyi vandalizm aktlarını bütün dünya görür. Proseslə yaxından tanış olmaq üçün həmin ərazilərə mütəmadi olaraq səfərlər təşkil olunur. Belə səfərlərdən biri də ötən gün baş tutub. Belə ki, mayın 31-i Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Kəlbəcər rayonuna səfər ediblər.
Səfərin məqsədi diplomatları Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə törədilmiş vandalizm aktları barədə məlumatlandırmaqdır.
Səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat və hərbi attaşe iştirak edir.
Xatırladaq ki, Kəlbəcərə səfər Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə sayca 9-cu səfəridir.
Səfər zamanı diplomatik korpus nümayəndələri öz təəssüratlarını bölüşüblər. “Kəlbəcər gözəl, dağ turizminin inkişafı baxımından perspektivli məkandır”. Bu fikirləri mətbuata açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Kəlbəcər rayonuna səfəri zamanı bildirib.
“Ötən il Ağdamda işlərin necə sürətlə görüldüyünün şahidi olmuşduq. Burada da işlərin necə aparıldığını gördükdən sonra aydın olur ki, tezliklə Kəlbəcər bərpa ediləcək”, - səfir deyib.
İşğaldan azad edilmiş ərazilərimizə xarici diplomatların səfərlərinin önəmindən danışan Milli Məclisin deputatı Azər Badamov deyir ki, işğaldan azad edilmiş ərazilərimiz beynəlxalq ictimaiyyətin diqqətindədir: “Bu ərazilərə səfər edib vəziyyətin yerindəcə şahidi olmaq istəyənlər çoxdur. İşğaldan azad olunmuş ərazilər bu gün sanki bir tikinti meydançasıdır. Bütün yolboyu hər yerdə tikinti işləri davam etdirilir. Bir tərəfdən ərazilərin minalardan təmizlənməsi işləri paralel olaraq sürətlə, digər tərəfdən isə yaşayış məntəqələri yenidən qurulur və bərpa olunur. Səfər edən nümayəndələr həm ermənilərin məhv etdikləri şəhərlərimizi, həm də azərbaycanlıların qısa zaman kəsiyində icra etdikləri işləri görürlər. Bu mənzərəni görən hər bir şəxsdə həmin ərazilərin kimə məxsus olması ilə bağlı tam fikir formalaşıb. Yəni işğalçı dağıdır və talan edir, əsl sahibləri isə yaradır və yenidən ruh qaytarır”.
“Elə buna görə də belə səfərlərin təşkil edilməsi olduqca əhəmiyyətlidir. Əminəm ki, bundan sonra da xarici nümayəndələrin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin sayı artacaq və bu, ənənəyə çevriləcək”, - deyə A. Badamov fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37

