Yeni tədris ilində nələr olacaq?
15.06.2022 [10:48]
Nazir yeni qaydaları açıqladı
Y.BAYRAMOVA
Təhsil naziri Emin Əmrullayev yeni tədris ilində bir çox yeniliklərin olacağını söyləyib. Nazirin sözlərinə görə, yeni tədris ilində daha çox məktəbə İKT avadanlıqlarının verilməsi və ondan düzgün istifadəyə diqqət yetiriləcək: “Bəzi məktəblərdə bununla bağlı saylar dəqiqləşdirilir. Summativ qiymətləndirmənin, ümumilikdə bütün qiymətləndirmənin elektron qaydada keçirilməsi və valideynlərlə ünsiyyətin, elektron jurnalların artırılması planlaşdırılır”.
Nazir qeyd edib ki, yeni tədris ilində innovativ məktəblərin yaranması da əsas hədəflər arasındadır.
Dərslər 6 günlük olacaq?
E.Əmrullayev yeni tədris ilindən məktəblərin hamısında 6 günlük qrafikə keçiriləcəyi ilə bağlı iddialara münasibət bildirib. Nazir bunun şayiə olduğunu vurğulayıb.
Vahid məktəbli formasına tədricən keçiləcək
Təhsil naziri bildirib ki, məktəbli formalarının olması tənzimləyici qaydadır: “Yəni hər bir məktəb özü daxildə bu qərarı verməlidir. Sadəcə qərarı verəndə qaydada nəzərdə tutulan məktəbli formalarından istifadə etməlidirlər”.
Nazir bildirib ki, qaydanın məqsədi daha çox məktəbli formaları ilə bağlı qərar verdikdə hansısa seçimə şərait yaratmaqdır: “Hesab edirəm ki, vahid məktəbli formasına keçid tədricən olacaq. Təbii ki, əhalinin sosial vəziyyətini nəzərə alırıq və bu istiqamətdə addım-addım getmək istəyirik. Şagirdlərin vahid və müxtəlif çalarları olan məktəbli formasına keçməsi müsbət hal olacaq, eyni zamanda, məktəb daxilində istər müəyyən sosial bərabərsizliklərin görülməsinə, istərsə də davranış dəyişikliklərinə təsirini göstərmiş olacaq”.
Müəllimlərin sertifikasiyası yeni qaydada
E.Əmrullayev müəllimlərin sertifikasiyadan keçirilməsi ilə bağlı bəzi təhsil işçilərinin narazılıqlarına münasibət bildirib. Nazir deyib ki, bununla bağlı bütün detallar yeni tədris qaydalarında öz əksini tapıb: “Yaşından asılı olmayaraq məktəbdə dərs demək istəyən müəllim sertifikasiyadan keçərək öz biliyinin peşəsinin müasir tələblərinə uyğunluğunu göstərməlidir: “Hesab edirəm ki, bu imtahan əksər müəllimlər, eləcə də əməkdar müəllimlər üçün heç bir problem yaratmayacaq. Çünki son dövrlərdə fəxri adların verilməsi zaman ədalət prinsipini qorumuşuq.
Narazı müəllimlərə gəlincə, qeyd edim ki, sertifikasiya imtahanından bir dəfə kəsilən şəxslərə bir il ərzində növbəti şans veriləcək. Bu, kifayət qədər ağlabatan və məntiqli yoldur. Bütün dünyada belə təcrübələr var”.
Məktəblərdə testlərin elektron keçirilməsi gündəmdədir
Tədris ilinin gec başladığını vurğulayan nazirin fikrincə, bu, doğru qərar idi: “Yeni tədris ilində məktəblərdə testlərin elektron vəziyyətdə keçirilməsini çox istərdik. Peşə təhsil formasının da inkişaf etməyi üçün çalışırıq. Həmçinin məktəblərdə olan formalara gəldikdə isə bu, tənzimləyici qaydadır. Hər bir məktəb bunu nəzərdə tutulmuş formalara əsasən müəyyən edir. Bu forma istiqamətində addım-addım irəliləyirik. Məqsədimiz şagirdlərin vahid forma altında birləşməsidir”.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43

