Diplomatiya Həftəsi başladı
08.07.2022 [10:04]
Nicat
Ötən gün ADA Universitetində “Post-münaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda könüllü gənclərin iştirakı ilə Diplomatiya Həftəsinin açılış mərasimi baş tutub. Açılış mərasimində çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir sıra məsələlərə toxunub. Nazir əvvəlcə işğal dövründə baş vermiş cinayətlər barədə danışıb. O bildirib ki, işğal və müharibə dövründə baş vermiş cinayətlər haqqında açıq danışmalıyıq. Nazirin sözlərinə görə, ərazilərin minalanması, ekologiyaya vurulan zərərlər, təbii sərvətlərin vəhşicəsinə talan olunması, mülki və dövlət infrastrukturun dağıdılması, Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərlə bağlı informasiyaların verilməməsi və bu kimi cinayətlərlə bağlı qarşı tərəfin məsuliyyətə cəlb olunması vacibdir: “Onların məsuliyyətə cəlb olunması ilə bağlı mexanizm hazırlanmalıdır və artıq bu istiqamətdə bir sıra işlər görülüb”.
XİN rəhbəri Azərbaycan dövlətinin və xalqının sülhsevər olduğunu da diqqətə çatdırıb: “Bəli, biz sülhsevər dövlətik, biz sülhsevər xalqıq, biz gələcəyə baxırıq. Amma gələcəyə baxmaq o demək deyil ki, biz keçmişi unutmalıyıq və tarixdən düzgün dərslər çıxarmamalıyıq”.
Regionda açılan böyük imkanlar
44 günlük müharibədə 30 ilə yaxın işğal altında olan əzəli Azərbaycan torpaqları Azərbaycan Ordusunun şücaəti ilə azad olunub. Bu, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir.
C.Bayramov çıxışı zamanı qeyd edib ki, postmünaqişə dövrü həm Azərbaycan, həm də region üçün böyük imkanlar açır: “Azərbaycan sülh gündəliyini gündəmə gətirib. Müharibə başa çatdıqdan sonra ən yüksək səviyyədə Ermənistana sülh müqaviləsi üzərində işləmək təklif olunub, Azərbaycan bu istiqamətdə əməli addımlar atıb”.
Sərhədlərin delimitasiyası asan proses olmayacaq
Nazir Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya prosesi barədə də danışıb: “Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı komissiyaların formalaşdırılması özlüyündə mürəkkəb proses idi. Ermənistanın ilkin şərtləri var idi. Onlar de-eskalasiya ilə bağlı tədbirlər və Azərbaycan hərbçilərinin sərhədlərdən çəkilməsini tələb edirdilər”.
“Ancaq Azərbaycan öz mövqeyini ortaya qoydu. Biz hesab edirik ki, öz sərhədlərimizdə durmuşuq və sərhədlərimizi qorumaq bizim vəzifəmizdir. Bu prosesi mütəxəssislərin iştirakı ilə danışıqlar vasitəsilə tarixi, hüquqi sənədləri araşdırmaqla aparmaq lazımdır.
Delimitasiya vaxt alan prosesdir. Buna hər hansı vaxt başlayıb və onu qısa zamanda tamamlamaq mümkün deyil.
Azərbaycan və Ermənistan arasında münasibətləri nəzərə alsaq, bu, sadə proses olmayacaq, həssas məqamlar olacaq. Ancaq hesab edirik ki, komissiyanın özü artıq irəliləyişdir.
Artıq ilk görüş olub. Növbəti görüşlərin keçirilməsi istisna deyil”, - nazir qeyd edib.
Sülh danışıqları ilə bağlı son vəziyyət
XİN rəhbəri Ermənistanla sülh danışıqları ilə bağlı son vəziyyəti açıqlayıb. O bildirib ki, sülh danışıqlarını proses olaraq mərhələlərə bölməliyik: “Azərbaycanla Ermənistan 30 ilə yaxın müharibə şəraitində olub, 2020-ci ildə hərbi təxribatlar törədilib və Azərbaycan tərəfi buna müvafiq cavab verib. Növbəti mərhələ isə gələcəyə baxışdır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bununla bağlı çağırış edilib. Dağıntılara, törədilənlərə baxmayaraq, Prezident Azərbaycanın sülh prosesi üzərində işləməyə hazır olduğunu bəyan edib”.
XİN rəhbəri xatırladıb ki, Ermənistan tərəfindən Azərbaycanın təqdim etdiyi baza prinsiplərində onlar üçün qəbul olunmaz məqamların olmadığı ifadə olunub: “Böyük irəliləyişin olduğunu deməzdim, amma diskussiyalar ətrafında mesajlar, fikirlər var. Təbii ki, bu, birtərəfli deyil. Ermənistan tərəfində hələ də revanşist fikirlər səsləndirənlər var, ancaq fərqli fikirlər də mövcuddur. Hər kəs anlamalıdır ki davamlı sülh və inkişaf üçün başqa alternativ yoxdur. Ümid edirik ki, Ermənistanın siyasi rəhbərliyi, vacib fiqurlar reallıqları anlayacaqlar”.
Ceyhun Bayramov diqqətə çatdırıb ki, beynəlxalq hüququn prinsiplərinə riayət etmək vacibdir.
Ermənistanın törətdiyi vandallığı hamı bilməlidir
“Diplomatiya Həftəsinin gedişində diplomatiya könüllülərinin Şuşaya səfər etməsi, həmçinin Azərbaycanın postmünaqişə dövründəki məqsədləri ilə tanış olması gözlənilir”. Nazir bildirib ki, Ermənistanın Azərbaycanın azad edilmiş ərazilərində vaxtilə törətdiyi vəhşiliklər, vandallıq, əraziləri minalaması, itkin düşmüş şəxslər barədə hamı bilməlidir.
C.Bayramovun sözlərinə görə, bu cür hadisələrin təkrarlanmaması üçün insanlar baş verənlər haqqında həqiqəti bilməlidir.
XİN rəhbəri Diplomatiya Həftəsinin keçirilməsinin və bu tədbirdə könüllülərin iştirak etməsinin vacibliyini vurğulayıb: “XİN ilə diplomatiya könüllüləri arasında sıx əməkdaşlıq qurulub”.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

