Yaşasaydı, 28 yaşı olacaqdı...
12.08.2022 [10:57]
Yeganə BAYRAMOVA
Bu gün Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xıncab kəndində anadan olan şəhidimiz Sübhan Məmmədlinin doğum günüdür. Yaşasaydı, 28 yaşı olacaqdı şəhidimizin... Sübhan Məmmədli İkinci Qarabağ müharibəsində tarix yazan oğullarımızdandır. O, 2000-2009-cu illərdə Xıncab tam orta məktəbində, 2009-2012-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.
Şəhidimiz 2016-cı ildə leytenant rütbəsi alaraq Ordu sıralarına daxil olub. Xidmətə Bərdə şəhər N saylı hərbi hissədə başlayıb. 2017-ci il may və sentyabr aylarında Tərtər rayonu istiqamətində ön xətdə xidmət edib. 2017-ci ildə Goranboy rayon Ballı Qaya N saylı hərbi hissəsinə Bölük Komandiri vəzifəsinə göndərilib. 2018-ci ildən xidmətini Bakı şəhər N saylı hərbi hissəsində Bölük Komandiri vəzifəsində davam edib. 2019-cu il 26 iyunda Baş Leytenant rütbəsinə yüksəlib. 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində, cəbhənin ön xəttinə yollanaraq orada qəhrəmanlıq göstərib. Düşmənin keçilməz hesab edilən bir neçə postunu ələ keçirib. 2020-ci il oktyabrın 6-da düşmənlə döyüşdə, Füzuli rayonu ərazisində, yaxınlığına atılan mərmi qəlpəsi nəticəsində qəhramancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Məmmədli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Prezidentin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Məmmədli ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Sübhan Məmmədli barədə şəhidimizin atası Səbuhi Məmmədli ilə söhbətləşdik:
-Sübhanın anadan olduğu günü necə xatırlayırsınız?
-Sübhan doğulanda ailəmizdə hər kəsin, əsasən də mənim sevincimin həddi-hüdudu yox idi. Onun dünyaya gəlməsi həyatımın ən əziz günlərindən biridir.
-Başqa övladınız varmı?
-Bir oğlum var. O da hərbçidir, 44 günlük Vətən müharibəsi zamanı Suqovuşanda döyüşlərdə olub. Hazırda zabit olaraq işləyir.
-Sübhanla son görüşünüz yadınızdadır?
-Bəli... Sentyabrın 27-i idi. Səhər yola saldıq, oktyabrın 3-nə qədər əlaqəmiz oldu, sonra isə əlaqəmiz kəsildi. Oktyabrın 7-də şəhid xəbəri gəldi.
-Xasiyyəti necə idi?
-Sübhanda vətənpərvərlik hissləri çox güclü olub. O, həm tərbiyəli, həm də savadlı idi. Həddindən artıq ağır təbiətli, eyni zamanda ailəcanlı idi.
-Neçə övladı var?
-İki qızı... Şəhid olanda böyük qızı Ömür 1 yaş yarımlıq idi. İkinci qızı isə Sübhan şəhid olduqdan 3 ay sonra dünyaya gəldi. Onun da adını atasının adına uyğun olaraq Sübhanə qoymuşuq.
-Necə oldu ki, oğlunuz hərbçi olmaq qərarına gəldi?
-Öz istəyi olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə uğurla oxudu. Uşaqlıqdan hərbçi olacağını söyləyirdi. Mən polis olmuşam, lap uşaq yaşlarında formam xoşuna gəlirdi, elə o zamanlarda onda hərbiyə maraq yarandı.
-Nə kimi arzuları var idi?
-Onun işinə sevgisi, marağı böyük olub. Hər zaman da işi ilə bağlı uğurlar əldə etməyi arzulayırdı.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

