Minlərlə insanı aldadan dələduzlar həbs ediliblər
12.09.2022 [14:24]
Son aylar “Whatsapp” ani mesajlaşma mübadilə sistemində onlayn lotoreyaların təşkil olunduğu, qoyulan pulun 5 qatının əldə ediləcəyi barədə şirnikləndirici vədlər verilərək orada iştirak edən şəxslərin aldadıldığı barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər daxil olub.
DİN-dən verilən məlumata görə, bu işlə bağlı zərərçəkən şəxslərin, eləcə də onlayn lotoreya keçirmək adı altında insanları aldadan şəxslərin əhatə dairəsi müəyyənləşdirilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində “Whatsapp” qrupları yaradaraq guya onlayn lotoreya təşkil etməkdə təqsirli bilinən Aida Əliyeva və tanışı Pavlov Qennadiy saxlanılaraq Baş İdarəyə gətiriliblər. Araşdırmalar zamanı müəyyən edilib ki, bu şəxslərin kişi və qadın istifadəçiləri üçün ayrı-ayrılıqda lotoreya təşkil etdikləri 2 “Whatsapp” qrupu olub. Kişilərin qrupunda adminlik Pavlov Qennadiy, qadınların qrupunda isə Aida Əliyeva tərəfindən həyata keçirilib.
Hər iki qrupun isə birlikdə 1000-dən artıq üzvü olub. Saxlanılan şəxslər insanlarda inam yaratmaq məqsədi ilə hər gün qruplarda guya müxtəlif şəxslərə ödənişlər etdiklərini bildiriblər və bunun üçün saxta ödəniş qəbzləri hazırlayaraq paylaşıblar. Həmçinin Aida Əliyeva qrup üzvlərinə səsli mesajlar göndərərək bu işdə ona guya cəmiyyətdə xüsusi nüfuzu olan şəxslərin dəstək olduğunu və ödənilən pulların 5 qat qazanc formasında onlara geri qaytarılacağına vəd edib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. Aida Əliyeva və Pavlov Qennadiy təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
Sonda bir daha vətəndaşları onalyn platformalarda yayılan və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemləri rəşkil edən şəxslərə, həmçinin lotoreya adı altında şişirdilmiş qazanclar vəd edən “işbazlara” inanmamağa çağırırq.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24

