Xarici işlər nazirlərinin Soçi görüşündə...
02.11.2022 [10:20]
Nələr olub?
N.BAYRAMLI
Oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçirilib. Həmin gün bu müstəvidə Soçidə hər üç ölkənin xarici işlər nazirlərinin də görüşü olub. Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri bundan əvvəl oktyabrın 14-də Astanada MDB xarici işlər nazirlərinin toplantısı çərçivəsində görüşmüşdülər. Astana görüşündə Azərbaycanla Ermənistan arasında normallaşmanın müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupunda indiyə qədər aparılmış danışıqlar zamanı əldə edilmiş tərəqqi əsasında praktiki işə başlamağın vacib olduğu nazir Ceyhun Bayramov tərəfindən qeyd edilib. Delimitasiya üzrə komissiyaların artıq yaradıldığı, indiyə qədər iki görüşün keçirildiyi bildirilib. Üçüncü görüşün yaxın zamanlarda keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Azərbaycanın bu prosesdə işin konkret istiqamətlər üzrə aparılmasının tərəfdarı olduğu vurğulanıb.
Görüşdə üçtərəfli bəyanatların hərtərəfli icra olunmasının vacib olduğunu diqqətə çatdırıb. Bu xüsusda, bəyanatların Ermənistan tərəfindən icra olunmayan müddəalarının həyata keçirilməsinin zəruriliyi vurğulanıb, o cümlədən Ermənistan tərəfindən Azərbaycan ərazilərində minaların basdırılmasının və mina xəritələrinin tam şəkildə verilməməsinin ciddi problem olduğu qeyd edilib. Görüş zamanı, həmçinin normallaşma prosesinə yardım edən digər humanitar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bəs nazirlərin Soçi görüşü barədə nə demək mümkündür? Bu görüş haqqında rəsmi olaraq geniş məlumat verilməsə də, politoloq Ramiz Alıyev deyib ki, liderlərin görüşünün təşkilində xarici işlər nazirləri əsas rol oynayırlar. Bu baxımdan, Soçidə Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında keçirilən görüş də dövlət başçılarının görüşü müstəvisində şərh oluna bilər. Onun sözlərinə görə, hər üç ölkənin baş diplomatları liderlərin tapşırıqlarına uyğun olaraq addımlar atır, eləcə də sammit çərçivəsində ortaya çıxan məsələlərin həlli ilə məşğul olurlar. Ona görə də, Soçidə xarici işlər nazirləri yəqin ki, dövlət başçılarının təlimatlarına uyğun olaraq hansısa məsələni müzakirə ediblər. Buraya bəyanat mətninin hazırlanması, razılaşdıırlması və s. məsələlər daxildir.
Politoloq qeyd edib ki, Azərbaycan regionda sülhün təmin olunması naminə irəli sürülən bütün təşəbbüsləri müsbət qarşılayır. Məhz bu səbəbdən də, dövlətimiz bu proseslə bağlı təklif edilən görüşlərdə və danışıqlarda iştirak edir. Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin Soçidə keçirilən görüşünə də bu kontekstdə yanaşılmalıdır. Onun sözlərinə görə, keçirilən hər bir görüş sülhə xidmət etməlidir. “Amma unutmaq lazım deyil ki, Ermənistan indiyə qədər sülh prosesini pozmağa çalışıb, bu məqsədlə müxtəlif təxribatlar törədib. Ona görə də, beynəlxalq birlik, o cümlədən Rusiya sülhə gəlmək üçün Ermənistana təzyiq göstərməlidir”, - deyə R.Alıyev söyləyib.
Həmsöhbətimiz deyib ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün müxtəlif beynəlxalq təşəbbüslər mövcuddur. Bu prosesdə Rusiya da iştirak edir. Rusiyanın təşəbbüsü ilə ölkə liderlərinin görüşü keçirilib, üçtərəfli bəyanatlar imzalanıb. Lakin Ermənistan Rusiyanın vasitəçiliyi ilə imzalanan bəyanatların bütün bəndlərini yerinə yetirməyib. Xüsusilə, 10 noyabr birgə bəyanatına uyğun olaraq Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Qarabağ ərazisində qanunsuz erməni hərbi birləşmələri ərazilərimizdən tam çıxıralmayıb. Həm də, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası ilə maneəsiz gediş-gəlişi təmin etməyib. Bütün bunların fonunda Rusiya bu razılaşmaların yerinə yetirilməsi üçün Ermənistana təsir etməlidir”, - deyə politoloq vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

