Yeni hədəflər və inkişaf perspektivləri...
06.11.2022 [11:22]
“Təhsildə yeni çağırışlar” III beynəlxalq forumu keçirildi
Dünən Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumu keçirilib. Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.
Foruma Təhsilin idarə olunması üzrə azərbaycanlı mütəxəssis, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının koordinatoru və yaradıcılarından biri Cəfər Mənsimi moderatorluq edib. O, “T-Network” platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, platformanın fəaliyyəti ilə bağlı üç min nəfəri əhatə edən sorğuda 10 ballıq şkala üzrə qiymətləndirmə aparılıb. Respondentlərin 80 faizi “T-Network”un fəaliyyətini 10 bal ilə qiymətləndirib.
“Daha təhsilli gələcək” şüarı ilə keçirilən beynəlxalq forum rəqəmsal dünyada öyrənmək və qlobal səriştələr mövzularını əhatə edib. Beynəlxalq spikerlərin “Öyrənənləri gələcəyə necə hazırlayaq?”, “Gələcəyin məktəbi necə olmalıdır?”, “Təhsili formalaşdıran qlobal trendlər”, “Təhsildə rəqəmsallaşma yekun həldirmi?” və digər mövzularda çıxışları olub.
Dərin təhsil siyasəti mövzularına keçməliyik
Elm və təhsil naziri Emin Əmrullayev forumda iştirak edərkən bildirib ki, təhsil sistemi ilə bağlı məişət xarakterli müzakirələrdən dərin təhsil siyasəti mövzularına keçməliyik. O vurğulayıb ki, müqayisə edilə bilən və dinamikanı göstərə bilən indikatorlara fokuslanmaq lazımdır. Nazirin sözlərinə görə, təhsildə elmilik olmalıdır, amma onun da öz meyarı var: “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində təhsilin ayrıca bölmə kimi yer alması, ilk dəfə konkret hədəflərin müəyyən olunması təhsil işçiləri qarşısında konkret məqsədlər qoyur. Azərbaycan təhsili 1 milyon 500 min nəfərdən artıq şagirdi, 150 minədək məktəbəqədər təhsil alan uşağı, 200 mindən çox tələbəni, eyni zamanda, 170 minə qədər ümumtəhsil müəssisələrində işləyən təhsil işçilərini və milyonlarla valideyni özündə birləşdirir”.
Uşaqları təhsilə Azərbaycan dilində cəlb etməliyik
Nazir, həmçinin bildirib ki, Təhsil Nazirliyinin hər bir vətəndaş qarşısında borcu uşaqları təhsilə Azərbaycan dilində cəlb etməkdir: “Heç yerdə yazılmayıb ki, uşağı xarici dildə təhsilə cəlb etmək icbari məsuliyyəti, yaxud vəzifəsi var. Övladını rus bölməsinə qoymaq istəyən valideynlər tərəfindən bu düzgün anlaşılmır. Bizdə bəlli sayda rus bölməsində təhsil verən siniflər var və bu say sabitdir. Yenə də müxtəlif bölgələrdə əhalinin sıxlığından asılı olaraq, biz müxtəlif reallıqlarla üzləşirik. Bizim Naftalan şəhərində rus bölməsi sinfində 5 nəfər oturur. Amma əhalinin son dövrlər çox köçdüyü Xırdalan, Masazır kimi ərazilərin məktəblərində ənənəvi olaraq rus bölməsi olmayıb. Birdən-birə ora 10 minlərlə insan köçüb uşaqlarını rus bölməsinə qoymaq istəyəndə rus bölməsinin sayı artmır. Bizim əgər 100 yerimiz varsa, bunu 200 adam istəyirsə, biz 100 nəfərə yox demək məcburiyyətindəyik. Valideyn özünün evinin yanında uşağını Azərbaycan bölməsinə qoya bilər, oxuda bilər. Bu, onun hüququdur. Amma rus bölməsinə istəyirsə, o uşağını harada yer varsa, ora apara bilər”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

