“Yeni Azərbaycan”ın təklifini Türküstanda səsləndirəcəyəm! - Nizami Cəfərov
12.11.2022 [10:47]
Kayseri, Türküstan və Ərzurumda bu plakatlar olsun...
Qloballaşan dünyada özünə layiqli yer tutmaq istəyən ölkələr digər ölkələrlə iqtisadi, siyasi, mədəni əlaqələrin yüksək səviyyədə saxlanılmasına önəm verirlər. Bu mənada dünyaya inteqrasiya yolunu tutmuş Azərbaycan yaxın-uzaq ölkələrlə dostluq və qarşılıqlı faydalı əlaqələrin qurulmasına çalışır. Bu yöndə əməli tədbirlər həyata keçirilir. İstər yüksək siyasi səviyyədə, istərsə də xalq diplomatiyası səviyyəsində tədbirlər görülür, müxtəlif ölkələrin şəhərləri ilə dostluq əlaqələri qurulur.
Qardaşlaşmış şəhərlər dedikdə böyük və kiçik şəhərlər, hətta coğrafi və siyasi ərazilərdə əyalətlər arasında mədəni-iqtisadi əlaqələrin təmin edilməsi üçün əldə edilmiş müəyyən razılığın daxili və zahiri tərəfləri nəzərdə tutulur. Qardaş şəhər münasibətləri daha az formal olsa da, beynəlxalq səviyyədə əməkdaşlığı inkişaf etdirmək üçün vacib bir yoldur. Bu əlaqələr yenilənmədikcə iki ildən sonra başa çatır. Qardaşlaşmış şəhərlər arasında ən çox mədəni əlaqələrin inkişaf etdiyini söyləmək olar. Çünki mədəniyyətin sərhədi və dili yoxdur.
Məlumat üçün bildirək ki, dövlətçilik tariximizdə önəmli rola malik olan Şuşa 2021-ci ildə Türkiyənin Kayseri şəhəri, 2022-ci il avqustun 24-də isə Qazaxıstanın Türküstan, 2022-ci il sentyabrın 21-də isə Türkiyənin Ərzurum şəhəri ilə qardaşlaşıb.
“Yeni Azərbaycan” Şuşa ilə qardaşlaşan şəhərlər barədə maraqlı təkliflə çıxış edir. Təklif bundan ibarətdir ki, tarixi incimiz olan Şuşa şəhərinin qardaşlaşdığı digər şəhərlərdə Azərbaycan bayrağı, həmçinin Şuşa barədə məlumatları əks etdirən bilbordlar, məlumat xarakterli xüsusi lövhələr qoyulsun. Eyni zamanda Şuşada həmin şəhərlər barədə müvafiq lövhələr, bilbordlar əks edilsin. Bu, şəhərlər arasında qardaşlaşma anlayışının yalnız kağız üzərində protokol olaraq deyil, bir-birini təbliğ etmək, tanıtmaq, məlumatlandırmaq baxımından mühüm rola malikdir.
Professor, millət vəkili Nizami Cəfərov sözügedən təklif barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Təklifi yüksək dəyərləndirən professorun sözlərinə görə, qardaşlaşan şəhərlərin bir-birinə dair məlumat xarakterli xüsusi plakatlar, bilbordlar və.s əks etdirməsi mühüm əhəmiyyət daşıyan bir məsələdir: “Həqiqətən də, Şuşada, yaxud onun qardaşlaşdığı şəhərlərin küçələrində məlumat xarakterli ekranlar, plakatlar quraşdırıla bilər. Söhbət ondan getmir ki, səhərdən axşama qədər həmin ekranlarda sözügedən şəhərlər barədə məlumatlar olsun. Günün müəyyən vaxtlarında, məsələn, Türküstan eləcə də Şuşa şəhəri barədə informasiyalar, mühüm tarixi məqamlar qeyd oluna bilər. Bu, yüksək mədəniyyətin də əsas göstəricilərindən biridir, Şuşanın təbliği üçün belə bilbordların ya da xüsusi ekranların küçələrdə quraşdırılması vacibdir. Yeri gəlmişkən, 1-2 gün sonra Türküstana yola düşəcəm, orada türkoloqların beynəlxalq konqresi baş tutacaq. Bu təklifi Türküstanda böyük məmnuniyyətlə səsləndirə bilərəm. İnanıram ki, onlar da “Yeni Azərbaycan”ın bu təklifinə böyük diqqət və qayğı ilə yanaşacaqlar”.
N. Cəfərov qeyd edib ki, belə bilbordların əks edilməsi türk sivilizasiyasının mərkəzləşdirilməsi, bu barədə təsəvvürlərin yaranması üçün maraqlı ola bilər: “Məlumdur ki, türk dünyası differensiallaşıb, yəni bölünüb. Biz ayrı-ayrı coğrafiyalara mənsubuq, ayrı dövlətlərimiz, xalqlarımız var, yeni dövrdən etibarən fərqli mədəni-mənəvi xüsusiyyətlərimiz meydana gəlib. Amma bu durum onu istisna etmir ki, biz fərqlilik içərisində olsaq da, birik, bütövük. Mədəniyyətlərimizi, varlığımızı normal inkişaf etdirmək üçün bu birlik vacibdir. Lakin ayrılığı, fərqliliyi pozmadan bunu etmək lazımdır. Belə bir misal var: “Bütöv bir orman (meşə) kimi olsaq da, hər bir ağac hürr və azaddır ...” Bir az köhnə misal olsa da, tamamilə qeyd etdiyimiz məqama uyğundur. Bu mənada həm Şuşada, həm də onun qardaşlaşdığı şəhərlərdə mühüm faktların, tarixi hadisələrin bilbordlarda, plaklatlarda əks olunması, bir-birimizi tanıtmağımız müasir dövr üçün mühüm məsələdir. Ona görə də “Yeni Azərbaycan” olaraq belə bir təklifin səsləndirilməsi çox mühüm və təqdirəlayiqdir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

