Türkiyə-İsrail kəşfiyyat birliyi
17.11.2022 [10:39]
Murad KÖHNƏQALA
İstiləşməkdə olan Türkiyə - İsrail münasibətlərində yeni mərhələ: Mossad və Milli İstihbarat Təşkilatı yeni iş birliyi ərəfəsində
Xəbər verildiyi kimi, noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsində, əsasən turistlər gəzən İstiqlal küçəsində partlayış törədildi. Terror aktı nəticəsində 6 nəfər həyatını itirdi, 80 nəfərdən çox adam yaralandı. Operativ axtarış və istintaq zamanı kamera görüntülərindən aşkar olundu ki, hücumçu bombanı küçədə quraşdırıb aradan çıxan çarşablı bir qadın olub. Türkiyə kəşfiyyatı öz ölkəsində terror aktı törədə biləcək düşmən ölkələrin adını ürəyindən keçirənə qədər ASALA erməni terror təşkilatı cinayəti üzərinə götürdü.
Adətən, çirkin siyasi mübarizədə terror aktından istifadə olunur və necə deyərlər, tozanaq yatmamış terrorçu tərəf tutduğu əməli boynuna alır. Bu dəfə məlum oldu ki, İstanbulda baş vermiş terror aktı ilə ASALA-nın heç bir əlaqəsi yoxdur. Sual olunur: bəs nə üçün ermənilər törətmədikləri bir terrorun altına imza atmaq istəyiblər? Bu suala cavab tapmaq elə də çətin deyil. Ermənilər düşünürlər ki, düşmən ölkəsidir, təki Türkiyədə terror olsun. Həm də məqsəd terrorun arxasında duran üçüncü ölkəni diqqətdən yayındırmaqdır ki, növbəti cinayətlərini arxayın törədə bilsinlər.
Hadisədən dərhal sonra terroru sifariş verən qüvvələr haqda çoxsaylı versiyalar səslənsə də, nəzərlər İran kəşfiyyatına yönəldi. Niyəsi hamımıza məlumdur. Son zamanlar Türkiyə, İsrail və Azərbaycanın yaxınlaşmasından qıcıqlanan İran özünü Ermənistana açıq dəstək verməkdən saxlaya bilmədi. Dünyada beyin mərkəzi, ən son hərbi texnikanın istehsalçısı kimi tanınan İsrail dövləti ilə Azərbaycanın sıx əməkdaşlığını vahiməylə qarşılayan İran hər vasitə ilə ölkəmizin suverenliyinə təhdidlər səsləndirdi, Azərbaycanla həmsərhəd yerlərdə, Araz çayının o tayında, siyasi əmsalı sıfıra bərabər olan hərbi manevrlər edərək ürək bulandırmağa qədər getdi.
Düşmənlərimizin nə düşündüyündən asılı olmayaraq Azərbaycan və qardaş Türkiyə dost İsrail dövləti ilə hər sahədə əməkdaşlığı dərinləşdirməkdədir. Çox sevindirici haldır ki, bir zamanlar soyuqlaşan Türkiyə-İsrail münasibətləri getdikcə isinməkdədir. Elə bu yaxınlarda İsrailin xarici kəşfiyyat xidməti Mossad ilə Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) arasında səkkiz bənddən ibarət müqavilə imzalanıb. Bu bəndlərdən biri də Mossadın Türkiyə ərazisində antiterror əməliyyatları apararkən silahlı insident törətməmək öhdəliyini nəzərdə tutur.
Oktyabrın 27-də Ankaraya rəsmi səfəri zamanı İsrailin müdafiə naziri Benni Qantz türkiyəli həmkarı Hulusi Akar və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə Təl-Əvivlə Ankara arasında diplomatik münasibətlərin bərpasına dair saziş imzalanıb.
Görüş çərçivəsində Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan və Mossad rəhbəri David Barnea iki ölkə arasında gələcək kəşfiyyat mübadiləsinin əsas konturlarını müəyyən edən məxfi memorandum imzalayıblar. Bu razılaşma İsrail kəşfiyyatına Türkiyədə təxribatla məşğul olmaq istəyən İran terror yuvalarını izləmək imkanı yaradacaq.
İsrail mediasının yaydığı məlumata görə, qeyd olunan məxfi razılaşma səkkiz bənddən ibarətdir. Bunlardan biri “Şin Bet”in (İsrail kəşfiyyat sistemində əks-kəşfiyyat və ölkənin daxili təhlükəsizliyi ilə məşğul olan xüsusi qrup) Türkiyədə fəaliyyəti ilə bağlıdır. Bu fəaliyyət İsrail səfirliyi və digər diplomatik korpusların mühafizəsini təmin etmək, terrorizmlə mübarizə və casusluğa qarşı əks-kəşfiyyat sahəsində əməkdaşlığı genişləndirmək məqsədi güdür.
İkitərəfli razılaşmanın digər istiqaməti Mossadın Türkiyədəki İran kəşfiyyat şəbəkələrinə nəzarətindən ibarət olacaq.
Razılaşmada bu da qeyd olunur ki, İDF kəşfiyyat bölməsi Türkiyə hərbi kəşfiyyatı ilə həm də elektron kəşfiyyat (SIGINT) sahəsində əməkdaşlıq edəcək.
Məlumatı şərh edən “İntelligence online” saytı Türkiyə ilə İsrail, eləcə də İsraillə Azərbaycan arasında münasibətlərin istiləşməsinə diqqət çəkərək yazır:
“Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə ilə İsrail arasında strateji əməkdaşlığın vacibliyini vurğulayıb”.
Məlum olduğu kimi, İsrail müdafiə naziri Benni Qantz Türkiyə səfərindən bir xeyli əvvəl, yəni oktyabrın 3-də Mossadın yüksək vəzifəli rəsmilərindən ibarət nümayəndə heyətinin müşayiəti ilə Bakıya səfər etmişdi. Bundan sonra israilli nümayəndə heyəti iki ölkə - Türkiyə və İsrail təhlükəsizlik orqanları arasında əməkdaşlıq müqaviləsini imzalamaq üçün Ankaraya yollandı.
Yaşanan son hadisələr bir daha sübuta yetirir ki, bütün çoxmillətli ölkələr kimi Türkiyə də daxili təhlükəsizliyini hər şeydən üstün tutmalı, ölkədəki multikultural azadlıqdan sui-istifadə edən şübhəli qrupların fəaliyyətini daim nəzarətdə saxlamalıdır. Şübhəsiz, bu tarazlığın qorunub saxlanması üçün Mossad kimi dünyaca nüfuzlu, peşəkar və təcrübəli bir təşkilatla əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

