Ədliyyə Nazirliyi qanunyaradıcı fəaliyyət sahəsində aktiv iştirak edir
22.11.2022 [10:19]
22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü
Ümummilli lider Heydər Əliyev ədliyyə orqanlarının müasirləşən cəmiyyətimizdə artan rolunu nəzərə alaraq, 2000-ci il 11 noyabr tarixdə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün, 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Bütün müsəlman şərqində parlamentli demokratik respublika tipində ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti çağdaş dövrümüzdə əsas demokratik normalar kimi qiymətləndirilən xalq hakimiyyəti, insan hüquqları, millətlərin bərabərlik hüququ, söz və yığıncaq azadlığı kimi ictimai dəyərləri elan etdi və bir çöx dövlət strukturları yaradıldı, o cümlədən, 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə Cümhuriyyətin bütün məhkəmə və hüquq idarələri sisteminə, onların fəaliyyətinə nəzarət edən hökumət orqanı kimi Ədliyyə Nazirliyi yaradıldı və ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədov oldu.
1920-ci il aprel ayının 27-də Azərbaycan Sovet Rusiyasının təcavüzünə məruz qaldıqdan sonra Ədliyyə Nazirliyi də fəaliyyətini dayandırır. 1920-ci ildən 1970-ci ilə kimi Ədliyyə Nazirliyi çətin dövr yaşamış və bir müddət ədliyyə qurumlarının funksiyalarını digər orqanlar icra etmişdi. İnqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılmışdı. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdi. 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilmiş, onun səlahiyyətləri məhdudlaşdırılmış, əsas fəaliyyət istiqaməti məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdu. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş və onun səlahiyyətləri ayrı-ayrı qurumlar arasında bölüşdürülmüşdü. 1969-cu ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, ədliyyənin də inkişafında mühüm rol oynamışdı. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi bir qurum kimi yenidən təşkil olunmuş və inkişaf etmişdi. Bir əsrlik tarixi olan Ədliyyə Nazirliyi yarandığı dövrlə müqayisədə artıq balaca bir nazirlikdən ibarət deyil, öz fəaliyyət istiqamətlərini genişləndirən yüksək səlahiyyətlərə malik, tabeliyində bir neçə baş idarə səlahiyyətli qurumları olan, eyni zamanda, özünün inzibati binasında fəaliyyət göstərən şöbə və idarələrdən ibarət olan Nazirlikdir. Ədliyyə Nazirliyi ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra da ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmadı, 1993-cü ildə respublikamızda aparılan hüquqi islahatlar nəticəsində öz fəaliyyətini genişləndirdi. Ölkədə aparılan məhkəmə-hüquq islahatları öz səmərəsini verdi, üç pilləli yeni məhkəmə sistemi yaradılmış və hakim korpusu yeni üsulla, test, yazılı və şifahi imtahan yolu ilə seçildi və müvafiq qaydada hakim vəzifəsi təyin edildi.
Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin hər bir dövrü Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə yadda qalmışdır.
Ümummilli Liderimizin söylədiyi bütün fikirlər hər birimizin fəaliyyət prinsipinə çevrilmişdir. Onun uzaqgörənliklə söylədiyi bir fikir isə ədliyyə işçilərinin üzərinə daha böyük məsuliyyət qoyur: “Hər bir şəxs konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”.
Dövlətin hüquq siyasətinin həyata keçirilməsində Ədliyyə Nazirliyi mühüm rol oynayır. Verilmiş səlahiyyətlərə və geniş fəaliyyət istiqamətlərinə uyğun olaraq Ədliyyə Nazirliyi qanunyaradıcı fəaliyyət sahəsində aktiv iştirak edir, vətəndaşların qanunla qorunan hüquqlarının və digər məsələlərinin həll edilməsinə kömək edir, o cümlədən, insan haqlarının qorunması, əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə dövlət başçısının tapşırıqlarına uyğun olaraq ardıcıl tədbirlər həyata keçirir.
Ölkə başçısı tərəfindən
2006-cı ildə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olundu. İlk dəfə olaraq dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verildi, o cümlədən, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may
2006-cı il tarixli qanunu qəbul olundu və ölkə Prezidenti tərəfindən “ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli fərman imzalandı. Bundan başqa, ölkə başçısının 06 fevral 2009-cu il tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirildi.
Ölkəmizin hüquq sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində Ədliyyə Nazirliyi tərəfindən bir sıra dövlətlərin ədliyyə orqanları ilə işgüzar münasibətlər qurulub, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də qoşulduğumuz konvensiyalardan irəli gələn öhdəliklərin icrasının təmin edilməsi sahəsində müəyyən işlər görülüb. Görülən tədbirlərdən biri də penitensiar xidmətin işinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılmasıdır. Ədliyyə nazirliyi bu sahədə ardıcıl tədbirlər həyata keçirməkdədir. Bu sahədə məhkumların saxlanılma şəraiti yaxşılaşdırılır, onların hüquqlarının qorunması üçün zəruri tədbirlər görülür, vaxtında tibbi müayinədən keçirilir və sanitariya təminatının yaxşılaşdırılmasına xüsusi diqqətlə yanaşılır.
Ələkbər Mirzəyev,
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovnik-leytenantı
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39

