Mülki aviasiya: Gələcəyə inamlı baxış
07.12.2022 [10:51]
Yeganə BAYRAMOVA
7 dekabr dünyada Beynəlxalq Mülki Aviasiya günü kimi qeyd olunur. Bu gün 6 dekabr 1996-cı ildə BMT Baş Assambleyası tərəfindən elan olunub. Mülki aviasiyamızın təməli yaxın keçmişimizlə bağlı deyil. Bir əsrdən artıq tarixi mərhələ var bu yolda.
Azərbaycanda ilk təyyarə uçuşları 1910-cu ildə Bakının səmasında baş tutub. Bu, rus aviatoru Utoçkinin “Farman” tipli aeroplanla Balaxanı “şossesində” 4 gün ardıcıl olaraq həyata keçirdiyi uçuş olub. Azərbaycan aviasiyasının tarixi həmin zamandan yazılıb. Maraq doğuran hadisədən sonra Azərbaycanda təyyarə uçuşlarının sayı sürətlə artmağa başlayıb və qısa zamanda Bakıda və Yevlaxda aerodromlar tikilərək istifadəyə verilib. Azərbaycanın aviasiya tarixində uzaq məsafəyə ilk uçuş 1919-cu ildə həyata keçirilib. Azərbaycan mülki aviasiyası 1920-ci ilin aprelindən sonra SSRİ aviasiyasının tərkib hissəsi kimi fəaliyyət göstərib. Bu dövrdə Azərbaycan aviasiyası bir sıra məhdudiyyətlərlə qarşılaşsa da, müəyyən irəliləyişlərə də nail olub. 1938-ci il iyunun 2-də Mülki Hava Donanması Baş İdarəsinin əmri ilə Mülki Hava Donanmasının Azərbaycan aviasiya dəstəsi yaradılıb. Mülki aviasiya ilə bağlı bu xronoloji ardıcıllıq aviasiyanın keçdiyi yolun tarixinə həkk olub.
Azərbaycan Mülki Aviasiyasının memarı
Ulu Öndərin gerçəkləşdirdiyi quruculuq salnaməsinin ən mühüm hissələrindən biri Azərbaycan dövləti və xalqı üçün böyük əhəmiyyət kəsb edən mülki aviasiya sahəsi olub. 1970-ci illərdə Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə Respublikada mülki aviasiyanın inkişafı üçün böyük işlər görülüb. Azərbaycan Mülki Aviasiyası onun diqqətindən heç vaxt yayınmayıb
Mülki aviasiyadan digər keçmiş müttəfiq respublikalar kimi, Azərbaycanın da payına düşən və ötən əsrin 90-cı illərinin əvvəlində istifadə olunan “TU-154”, “YAK-40”, “AN-2” təyyarələri, “Mİ-6” və “Mİ-2” helikopterləri idi.
1992-ci ildə Azərbaycan Hava Yolları Dövlət Konserni yaradılıb. Ümummilli lider Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı mülki aviasiyamızın tarixində yeni eranın başlanğıcı idi. Belə ki, 1994-cü ildə Mülki Aviasiya Mərkəzinin bazasında Milli Aviasiya Akademiyası yaranıb. Bu gün akademiyada peşəkar kadrlar-təyyarəçilər, aviasiya mühəndisləri, uçuşların təminatı üzrə mütəxəssislər hazırlanır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan hava nəqliyyatının əsaslı şəkildə yenidən qurulması prosesini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ölkə başçısının son illər ərzində mülki aviasiya sahəsinə göstərdiyi daimi diqqət və qayğısının nəticəsi olaraq bir çox nailiyyətlərə imza atılıb. Bəllidir ki, Azərbaycana gələn əcnəbi üçün ölkəmizə səyahət bu qapıdan - hava qapısı adlandırılan məkandan başlayır. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Hava limanı Azərbaycanın qapısıdır. Onu gərək elə göstərək ki, Azərbaycana layiq olsun”. Bəli, beynəlxalq tədbirlər məkanı olan Azərbaycana gələn - vəzifəsindən, irqindən asılı olmayan hər kəs ölkəmizin güc və nüfuzunu ilk anda hiss edir. Cənab Prezidentin xüsusi diqqət və qayğısı sayəsində mülki aviasiyamız 2003-cü ildən etibarən inkişafının keyfiyyət və miqyası etibarilə yeni bir mərhələsinə qədəm qoyub. Milli aviasiyanın inkişafı, infrastrukturunun təkmilləşdirilməsi və aviaparkın yeniləşməsində Prezident İlham Əliyevin qayğı və diqqəti də olduqca böyük əhəmiyyətə malikdir.
Zəngəzurun hava qapısı
Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası və qurulması istiqamətində genişmiqyaslı işlər davam edir, bunun sayəsində keçmiş məcburi köçkünlər 30 ildən sonra öz evlərinə qayıdırlar. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa edilmiş ikinci beynəlxalq aeroport - Zəngilan Beynəlxalq Hava Limanın?? açılışı oldu. 2022-ci il oktyabrın 20-də cənab Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı daha bir əlamətdar hadisəyə çevrildi. Zəngəzurun hava qapısı olan Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, təkcə Şərqi Zəngəzurun mühüm infrastruktur layihəsi kimi regionun gələcək sosial-iqtisadi inkişafı baxımdan deyil, həmçinin ölkəmizin logistika mərkəzinə çevrilməsi istiqamətində reallaşdırılan böyük əhəmiyyətə malik bir layihədir. Təməli 2021-ci ilin aprelində qoyulan Zəngilan Beynəlxalq Hava Limanı 1,5 ilə tikilib. Uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olan hava limanı saatda 200 sərnişinə xidmət göstərmək gücünə malikdir. İri yük təyyarələri də daxil olmaqla, bütün geniş gövdəli təyyarələr Zəngilan hava limanında asanlıqla enib qalxa biləcək. Hava limanının platforması 8 təyyarəni qəbul etmək üçün nəzərdə tutulub. Hava limanı, həmçinin uçuş kütləsi 400 tona qədər olan təyyarələri qəbul edə biləcək. Zəngilan hava limanı Şərq-Qərb beynəlxalq hava dəhlizinə inteqrasiya olunmaqla bölgənin inkişaf etmiş bir mərkəzə çevrilməsinə öz töhfəsini verəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39

