Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hikmət Hacıyev: Rusiya sülhməramlılarına məktublar yollamışıq

Hikmət Hacıyev: Rusiya sülhməramlılarına məktublar yollamışıq

13.12.2022 [17:10]

Rusiya sülhməramlılarına məktublar yollamışıq, onların komandiri ilə əlaqə saxlayırıq.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici işlər nazirinin müavini Elnur Məmmədovla birgə diplomatik korpusun nümayəndələri ilə görüşündə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, eyni zamanda, bu məsələlər Azərbaycan cəmiyyətində ciddi narazılıqlara səbəb olub. “Çünki hər kəs çox yaxşı xəbərdardır ki, işğal illərində və ərazilərin işğaldan azad olduğu dövrdə Azərbaycanın suverenliyi ilə bağlı məsələlər cəmiyyətimizdə ciddi narahatlıq doğurur. Buna görə də Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, digər fəallar və qruplar Şuşa-Xankəndi-Laçın yolunun kəsişməsində toplaşaraq etirazlarını bildiriblər”, - deyən Hikmət Hacıyev vurğulayıb ki, etirazçıların söylədikləri fikirlər bütün hüquqi çərçivələrə uyğundur. Onlar qanuni tələblər irəli sürürlər, qeyri-qanuni heç nə istəmirlər. Həmçinin onların səsləndirdikləri şüarlarda ekoloji terrordan da bəhs olunur. Onlar Qarabağda ekoloji terrora son qoyulmasını tələb edirlər.

Paylaş:
Baxılıb: 545 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30