/ / İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalarla bağlı minimal məbləğ təsdiqləndi
İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalarla bağlı minimal məbləğ təsdiqləndi
20.12.2022 [16:03]
Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ” təsdiq edilib (əlavə olunur).
Müəyyən edilib ki:
- investisiya təşviqi sənədi aşağıdakı layihələri təqdim edən hüquqi şəxslərə və fərdi sahibkarlara 2023-cü il yanvarın 1-dən 3 il ərzində verilir:
- sənaye məhəllələrində və aqroparklarda həyata keçiriləcək layihələr;
- turizm və rekreasiya zonalarında həyata keçiriləcək layihələr;
- Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlarda həyata keçiriləcək layihələr;
- Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçiriləcək strateji investisiya layihələri;
- paylarının (səhmlərinin) 30 (otuz) faizi və daha artıq hissəsi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə və dövlətin yaratdığı publik hüquqi şəxslərə bu Fərmanın 2.1.1–2.1.3-cü yarımbəndlərində qeyd olunan layihələr üzrə investisiya təşviqi sənədi verilmir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi nəzərdə tutulan mal mövqelərinin siyahısını üç ay müddətində təsdiq edəcək;
- bu Fərmandan irəli gələn digər məsələləri həll edəcək.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
- bu Fərmanın 2.1.4-cü yarımbəndində nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətlərinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək;
- investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əsas vəsaitlərin əldə olunması (alınması, istehsal edilməsi, tikilməsi və ya quraşdırılması) ilə bağlı ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək;
- bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.
Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilir:
- 2-ci hissənin birinci cümləsində və 5.1-ci bənddə “hissəsində” söz “və ya 3-1-ci hissələrində” sözləri ilə əvəz edilsin və “tam” sözü çıxarılsın;
- aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:
“3-1. İnvestisiya təşviqi sənədi almaq üçün təqdim edilən strateji investisiya layihələri aşağıdakı meyarlar əsasında müəyyən olunur:
3-1.1. minimal investisiya məbləği Bakı (Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Nərimanov, Nəsimi rayonları, Nizami rayonunun Keşlə qəsəbəsi, Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri, Xətai rayonunun Əhmədli qəsəbəsi və Yasamal rayonu istisna olmaqla), Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda həyata keçiriləcək layihələrə münasibətdə 5 (beş) milyon manat, digər ərazilərdə həyata keçiriləcək layihələrə münasibətdə isə 3 (üç) milyon manatdır;
- investisiya layihəsinin Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi istiqamətlərə uyğun olması.”;
- 3.3-cü bənddə və 10-cu hissədə “inzibati ərazi vahidləri” sözləri “ərazilər və zonalar” sözləri ilə əvəz edilsin;
- 4-cü və 9-cu hissələrdə “hissəsində” sözü “və ya 3-1-ci hissələrində” sözləri ilə əvəz edilsin;
- 5.2-ci bənddə “bəndində” sözü “və ya 3-1.1-ci bəndlərində” sözləri ilə əvəz edilsin;
- 5-1-ci hissə aşağıdakı redaksiyada verilsin:
“5-1. “İstirahət və əyləncələrin təşkili üzrə fəaliyyət”, “Mehmanxanalarda və digər yerləşmə vasitələrində xidmət göstərilməsi”, “Kiçik yaylaq evlərində və qısa müddət qalmaq üçün digər yerlərdə xidmət göstərilməsi”, habelə “Kempinqlərdə, avtoqoşqu evlərdə və avtoqoşqu evlərin dayanacaqlarında xidmət göstərilməsi” iqtisadi fəaliyyət sahələri üzrə Nazirlik investisiya layihəsinin turizmin inkişafına dair strateji planlara, turizm və rekreasiya zonalarının baş inkişaf planlarına, regional səviyyədə turizm xidmətlərinin (məhsulun müxtəlifliyi) proporsional bölgüsünə uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin rəyini alır.”;
- 6-cı hissədə “bəndində” sözü “və ya 3-1.1-ci bəndlərində” sözləri ilə, “hissəsində” sözü “və ya 3-1-ci hissələrində” sözləri ilə əvəz edilsin;
- 7-ci hissənin ikinci cümləsindən “tam” sözü çıxarılsın, həmin cümlədə “hissəsində” sözü “və ya 3-1-ci hissələrində” sözləri ilə əvəz edilsin və “halda” sözündən əvvəl “, habelə sahibkarın vergi və digər dövlət ödənişləri üzrə vaxtı keçmiş öhdəliklərinin mövcud olmadığı” sözləri əlavə edilsin;
- Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 877 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın 2.6-cı bəndi aşağıdakı redaksiyada verilsin:
“2.6. Təsdiqedici sənədin verilməsi barədə ərizəyə baxılarkən idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıq və qurğuların bilavasitə istehsalın, işin və xidmətin təşkili ilə bağlı olması, investisiya təşviqi sənədini almaq üçün təqdim edilən investisiya layihəsinə (biznes-plana), habelə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi nəzərdə tutulan mal mövqelərinin siyahısına uyğunluğu araşdırılır.”.
-“İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 683; 2017, № 1, maddə 66) ləğv edilsin.
Bu Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
***
İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ
Xəbər lenti
Hamısına baxGündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
İqtisadiyyat
24 Sentyabr 21:40
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19

