Avtoyürüş təxribatı...
28.12.2022 [10:50]
Ermənilər beynəlxalq aləmin diqqətini cəlb etmək istəyirlər
Dünən səhər saatlarında İrəvanın Respublika meydanından Xankəndi istiqamətində avtoyürüşə cəhd edilib. Erməni mediasının yaydığı məlumata görə, iştirakçılar “Laçın dəhlizi”nə qədər getmək istəyiblər. “Biz artsaxda müxtəlif layihələr həyata keçirmişik və həyata keçiririk. Biz yolun bağlı olduğunu bilirdik, lakin tələblərimizi, yanaşmalarımızı, xahişlərimizi keçid məntəqəsinin nümayəndələrinə çatdırmağa çalışacağıq ki, keçib Stepanakertə çataq”, - deyə bu “təşəbbüsün” üzvü Samvel Movsisyan canlı efirdə bildirib.
O qeyd edib ki, bu addımla onlar Qarabağdakı separatçıları dəstəkləyirlər, müxtəlif keçid məntəqələrinin nümayəndələri ilə danışıqlar aparırlar və irəli getməlidirlər. Məlumata görə, ermənilərin qarşısına Rusiya hərbçiləri çıxıb. Beləliklə də, ermənilərin bu təxribatının da qarşısı alınıb.
Bu kimi faktlar bir daha onu göstərir ki, ermənilərin sözləri ilə əməlləri düz gəlmir. Məsələn, iki ay öncə Azərbaycanın ərazi bütövlüyünü tanıyan rəsmi İrəvan bu gün separatçı rejimə dəstək fonunda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almağa çalışır. Göründüyü kimi, Ermənistanın bu cür siyasi manipulyasiyaları ikitərəfli əlaqələrin inkişafına, münasibətlərin normallaşması istiqamətində aparılan fəaliyyətə də kölgə salır.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, ermənilərin avtoyürüş cəhdi yeni təxribat metodudur. Bunu başqa cür adlandırmaq olmaz: “Bu kimi təxribatların əsas məqsədi, məramı isə bəllidir. Onlar belə addımlarla qarşıdurmanı daha da mürəkkəbləşdirmək və beynəlxalq ictimaiyyətin diqqətini özlərinə cəlb etmək istəyirlər. Eyni zamanda, bu kimi təxribatlarda əsas məqsədlərdən biri də öz havadarlarını hərəkətə gətirməkdir. Bəlli olduğu kimi, erməni lobbisi, xaricdəki erməni havadarları bu kimi “faktlardan” istifadə etməyə öyrəncəlidirlər. İndiki məqamda da onlar bir sıra beynəlxalq təşkilatı öz oyunlarına alət etmək istəyirlər. Məsələn, bu kimi yollarla BMT çərçivəsində müzakirə edilən anti-Azərbaycan qətnaməsinin qəbulunu sürətləndirməyə çalışırlar. Amma onların hər hansı bir uğur qazanacağına ümid yoxdur. Dünya ictimaiyyəti əsl həqiqətləri bilir və dəyərləndirir”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 23:18
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02

