Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Kürdəmirdə qoşqusunda 8 avtomobil olan yük maşını yanıb

Kürdəmirdə qoşqusunda 8 avtomobil olan yük maşını yanıb

01.01.2023 [11:59]

Kürdəmirdə qoşqusunda 8 avtomobil olan yük maşını yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonunun Sığırlı kəndində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yanğın qoşqusunda 8 ədəd müxtəlif markalı minik avtomobili olan “Mercedes-Benz Actros” markalı yük avtomobilinin mühərrik hissəsində baş verib və genişlənmə riski var.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək, avtomobilin digər hissələrinə və qoşqudakı avtomobillərə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi və qoşquda olan minik avtomobilləri yanğından mühafizə olunub.

Paylaş:
Baxılıb: 684 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30