Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezidentinin tapşırığına uyğun olaraq, FHN-in xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb

Prezidentinin tapşırığına uyğun olaraq, FHN-in xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb

08.02.2023 [10:34]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti, 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. Qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir.

Axtarış-xilasetmə əməliyyatları üçün qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov qardaş ölkədəki vəziyyətlə əlaqədar olaraq, qərargah yaradıldığını bildirib. “Sutkalıq rejimdə fəaliyyət göstərən xilasedicilərimiz öz vəzifələrini uğurla icra edirlər. Əməkdaşlarımız qarşıya çıxan istənilən promlemi həll etmək əzmindədirlər”, - deyə o qeyd edib.

Paylaş:
Baxılıb: 483 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31