Dişlərimizin qayğısına qalanların günüdür
09.02.2023 [10:51]
Ən azı ildə iki dəfə...
Yeganə BAYRAMOVA
Hər il fevralın 9-u dünyada diş həkimləri və stomatoloqların bayramı - Beynəlxalq Stomatoloq Günü kimi qeyd edilir. Bu günün qeyd olunma ənənəsi ildən-ilə daha geniş yayılır. Stomatoloqların peşə bayramının müqəddəs Apolloniya Günündə qeyd edilməsinin əsaslı səbəbləri var. Həmin gün katolik kilsəsinin şəhidi Apolloniya xatırlanır. İsaya inam gətirən İskəndəriyyə məmurunun qızı Apolloniyanın xristianlıqdan dönməsi üçün ona dəhşətli işgəncələr verilib. İşgəncələrin xarakterinə görə müqəddəs Apolloniyanın atributları dişlər və ya kəlbətin olub, bütün işgəncələrə davam gətirən qadını tonqalda yandırmaqla hədələyəndə o özü alovun içinə doğru addımlayıb. Həmin hadisə 249-cu il fevralın 9-da baş verib.
ABŞ və Fransa alimləri tədqiqatlar zamanı qədim stomatoloqların hələ 9 min il əvvəl ilk bormaşının prototipindən istifadə etdiklərini aşkar ediblər. Pakistanın Bulucistan əyalətində tapılan bizim eradan əvvəl VI-IV əsrlərdə yaşamış insan qalıqlarını tədqiq edərkən onların bəzi dişlərində 1-3 millimetr diametrdə və 3,5 millimetrə qədər dərinlikdə deşiklər aşkar edilib. Həmin fakt stomatologiyanın qədimliyinin sübutudur və maraqlıdır ki, açılan deşiklərdən biri çənənin iç tərəfindən olub.
Azərbaycanda diş həkimlərinin ilk təşkilatı 1871-ci ildə Bakıda yaradılıb. 1919-cu ildə Bakı Dövlət Universitetində açılan tibb fakültəsində tələbələr diş xəstəliklərini öyrənməyə başlayıblar. 1930-cu ildə yaradılmış Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin verdiyi ixtisaslara stomatologiya ixtisası da daxil edilib. Stomatologiya fakültəsi sərbəst fakültə kimi 1954-cü ildə yaradılıb. 1977-ci ildə uşaq stomatologiyası kafedrası açılıb. 2002-ci ildən Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası fəaliyyət göstərir.
Sterilizasiya mütləq və vacibdir!
Stomatoloq-həkim Rəşad İbrahimov “Yeni Azərbaycan”a açıqlamasında dişlərə düzgün qulluq qaydası, son illər daha çox üstünlük verilən stomatoloji prosedurlar barədə danışıb. Stomatoloq qeyd edib ki, Azərbaycanda tibbin digər sahələri kimi, stomatologiya da inkişaf edib. Onun sözlərinə görə, stomatologiyada ən əsas və birinci məqam sterilizasiya qaydalarıdır: “Məlumdur ki, bu gün infeksion xəstəliklər kifayət qədər çox yayılıb. Bizim işimiz də birbaşa qanla təmasda olduğu üçün sterilizasiyaya düzgün əməl etmək vacibdir. Bu qaydalar adətən klinikalarda yüksək səviyyədə təşkil olunur, amma təəssüflər olsun ki, bəzi stomatoloji kabinetlərdə həkimlər məsuliyyətsizlik edir və sterilizasiyaya önəm verilmir. Bu da bir sıra infeksion - Hepatit, Spid və.s xəstəliklərin yayılmasına səbəb olur”.
Ən çox tələbat implantlaradır
Həkim qeyd edib ki, bu gün stomatologiyada ən çox tələbat implantalogiyayadır. Onun sözlərinə görə, bu sahə ölkəmizdə yüksək inkişaf edib: “Adətən Avropa və Cənubi Koreya implanlatlarına müraciət edirik. İmplantlar itirilmiş dişləri əvəz edir. Əlbəttə ki, implant qoymaq üçün pasientə müyyən göstəriş olmalıdır. Bu prosedur işimizin 95, hətta bir az artıq faizini təşkil edir. Ölkəmizdə implantalogiya dünya standartlarına uyğundur. Əvvəllər xəstələrin itirilmiş dişlərini çıxmayan protezlərlə əvəz edirdik, bunun da bir çox diskomfort tərəfləri var. Amma implantla bərpa olunan dişlər pasiyentə rahatlıq verir”.
R.İbrahimov vurğulayıb ki, stomatologiyada inkişaf edən digər sahə estetik stomatologiyadır. Bura vinirlər, zirkonium qapaqlar daxildir: “Bir həkim olaraq məsləhət görərdim ki, pasiyentlər bu prosedura ehtiyac olsa, müraciət etsinlər. Adətən ana dişlərini vinirlər, zirkonium və metal-keramik qapaqlarla əvəz edirlər. Ancaq göstəriş varsa, dişin ən azı üçdə ikisi itirilibsə, bu proseduru etmək lazımdır”.
Həkimə vaxtında müraciət edilməlidir
Stomatoloq bildirib ki, pasiyentlər həkimə ən azı ildə iki dəfə müraciət etməlidirlər, yalnız dişləri ağrıyanda yox: “Məsələn, dişlərdə kariyers başlayanda dişin sinirini çıxartmadan, kariyersi təmizləyib blomp qoya bilirik. Bu zaman diş itirilmir. Lakin bəzən insanların diş ağrıları olur, sonra ağrılar kəsir və elə bilirlər ki, daha ağrımayacaq. Beləliklə, diş irinləyir, çirk edir və son məqamda həkimə gedirlər.
Gündə 2 dəfə qulluq
Stomatoloq dişlərə düzgün qulluq barədə də danışıb: “Dişlərə gündə 2 dəfə qulluq etmək vacibdir - səhər yeməyindən sonra və axşam yatmazdan əvvəl. Son illər dünya əhalisinin 92 faizi paradantoloji, yəni, diş əti xəstəliklərindən əziyyət çəkir. Ona görə də vaxtında həkimə müraciət etmək lazımdır”.
Xəbər lenti
Hamısına baxSosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54

